Qafqaz Universitetindən “Özümüzü kəsən qılınc”

Aprelin 3-də Gənc Tamaşaçılar Teatrında Qafqaz Universiteti Mədəniyyət şöbəsi Dram dərnəyi üzvlərinin Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tarixi-faciəvi tamaşası nümayiş etdirilib. 

Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tamaşaçıların maraqla izlədikləri tamaşa qədim türk xalqlarının tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini özündə əks etdirir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın quruluş verdiyi tamaşada göytürklərin minillik tarixi keçmişindən söhbət açılsa da, həvəskar aktyorlar Bəxtiyar Vahabzadənin əsrləri adlayan hadisələrə yeni təfəkkürlə yanaşaraq, başımıza gələn faciələri və onları doğuran səbəbləri göstərmə məqsədini məharətlə çatdıra biliblər.
Yaradıcı gəncləri böyük həvəslə izləyən, hər birini səhnədə ayrılıqda təbrik edən universitetin rektoru prof. Ahmet Saniç onların əməyini səmimi sözlərlə dəyərləndirib. 
Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti dr. Ənvər Özərən tamaşanın tərbiyəvi əhəmiyyətini xüsusilə vurğulayaraq, gənclərə müraciət edi: “Bu gün alqışlarla izlədiyimiz bu tamaşa bir tarixdir. Tarixin acı dərslərindən ibrət almaq lazımdı. Bu millətin taleyini, gələcəyini düşünək! Hamımızın izi qalacaqdır bu millətin yaddaşında! Özümüzü kəsən qılınc olmayaq”
Tamaşanın premyerası Bəxtiyar Vahabzadənin vəfatının 4-cü ildönümü münasibətilə sənətkarın doğulduğu Şəki şəhərində, şəhər musiqi kollecində, daha sonra Mingəçevir şəhər Dövlət Dram Teatrında nümayiş etdirilib.

Nigar
http://qafqazinfo.az/site/QAFQAZ_UNIVERSITETINDƏN_“ÖZÜMÜZÜ_KƏSƏN_QILINC”-39572-xeber.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır