14 Nisan 2013 Pazar

Qafqaz Universiteti FDBTM APT Dağıstan Dövlət Pedaqoji Universiteti ilə memorandum imzaladı

Aprelin 12-də Qafqaz Universitetində memorandum imzalandı. FDBTM APT “Dağıstan Dövlət Pedaqoji Universiteti”ndə Mühəndislik-pedaqoji institutunun direktoru prof. Xaybulayev Maqomed və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfər ediblər.

Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və memorandum imzalamaqdır. İlk olaraq memorandum Qafqaz Universiteti arasında imzalanıb. Qafqaz Universitetin Tempus otağında keçirilən görüşdə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanla Dağıstan arasında olan dostluqdan bəhs edib və bildirib ki, imzalanan əməkdaşlıq memorandumu Azərbaycan və Dağıstan təhsilinə öz tövhəsini verəcəkdir. Daha sonra rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır. Tədbirin sonunda rektor prof.Ahmet Saniç tərəfindən qonağa xatirə plaketi təqdim edildi . Dağıstan Universitetinin rektoru isə Qafqaz Universitetinin rektoruna Dağıstanın milli atributlarından olan qılınc hədiyyə etdi.
http://www.mia.az/news/25889.html