Asiya İnkişaf Bankı hesabatını Qafqaz Unversitetində təqdim etdi
24 April, 2013, Qafqaz Universitetində Asiya İnkişaf
Bankının 2013-cü il üzrə hesabatının təqdimat mərasimi keçirilib. Bu
barədə Publika.Az-a Qafqaz Unversitetindən məlumat verilib.
Tədbirdə Asiya İnkişaf Bankının Bakı ofisinin nümayəndələri - Olly Norojono, Nail Vəliyev və bankın baş iqtisadçısı David Oldfieldə, Qafqaz Universitetindən isə təşkilatçı qismində Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin heyəti və eyni zamanda universitetin tələbələri iştirak ediblər.
Tədbir David Oldfieldin“Azərbaycan İqtisadiyyatının diversifikasiyası: perspektivlər və problemlər” mövzusudakı tədqimatı ilə başlayıb. Təqdimatda Oldfield Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi imkanlarından danışıb, digər ölkələrin bu sahədəki təcrübələrini qeyd edib və Asiya İnkişaf Bankının bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.
Daha sonra “Asiya İnkişaf Bankının 2013 hədəfləri” mövzusunu tələbələrlə müzakirə aparan Norojono Bankın gələcək planlarından və layihələrindən danışaraq tələbələrin bu istiqamətdəki suallarını cavablandırıb.
Bankın iqtisadçısı N.Vəliyev də öz növbəsində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan proqramlardan bəhs edib. O deyib ki, ötən illərdə olduğu kimi, bundan sonra da Bank Azərbaycan iqtisadiyyatının inkişafına layihə və proqramları ilə öz töhfələrini verəcək.
http://www.publika.az/index.php?action=static_detail&static_id=46879