27 Nisan 2013 Cumartesi

AMEC şirkətinin nümayəndələri Qafqaz Universitetində olmuşlar

Bakı, 25 aprel (AzərTAc). “bp”nin podratçı təşkilatı olan AMEC şirkətinin nümayəndələri Qafqaz Universitetində olmuşlar.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, müvafiq ixtisas üzrə təhsil alan tələbələrin iştirak etdikləri görüşdə şirkət haqqında məlumat verilmişdir. Sonra müvafiq təqaüd proqramının şərtləri açıqlanmışdır.
Təqaüd proqramında iştirak etmək üçün 50-dək tələbə məlumatlarını şirkətin nümayəndələrinə təqdim etmişdir.