Dövlət və bələdiyyə idarəetməsi bölümünün 2000-ci il məzunlarından surpriz Universitet ziyarəti

04.04.2013 tarixində Dövlət və bələdiyyə idarəetməsi bölümünün 2000-ci il məzunları Qafqaz Universitetini ziyarət etdi. Məzunlarımızı Məzun Koordinasiya Şöbəsinin əməkdaşları qarşıladı. Məzunlarımızla xeyli söhbət və tanışlıqdan sonra onları VİP salonda şam yeməyinə dəvət etdik. Bu dəvətə Şöbənin əməkdaşları ilə bərabər universitetimizdən Rektor Ahmet Saniç bəy, o dönəm müəllimlərindən Cihan Bulut bəy (prorektor), Uğur Arif bəy (prorektor), Ədalət İbadov müəllim ( bölüm başkanı) və öz dönəm məzunlarından, həm də Universitetimizin əməkdaşı Səbuhi Yusifov müəllim də qatıldı. Yeməkdən sonra məzunlarla ətraflı tanışlıq oldu. Ardından Rektor Ahmet bəy məzunlarımıza ürək sözlərini dedi. Sonra Cihan bəy söz aldı. O da Universitetimizdə gedən yeniliklərdən bəhs açdı, ətraflı məlumat verdi. Məzunlarımıza bu vəfalı davranışlarına görə təşəkkür edən Cihan bəy, bu ziyarətlərinin daha tez-tez olmasına ümid etdiyini söylədi. Daha sonra hər bir məzunumuza universitetimizin rozeti verildi.
Sonunda məzunlarımızla xatirə şəkili çəkdirərək bir daha görüşmək ümidiylə ayrıldıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır