Kimyaçıların plenar iclasında nələr baş verdi? -FOTOLAR

 
Aprelin 18-də Azərbaycan Dövlət Neft Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı və dəstəyi ilə təşkil olunan, Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş 1-ci Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransının proqramı çərçivəsində  ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyində tədbir iştirakçılarının plenar yığıncağı keçirilib.
Dünyanın bir çox ölkələrinin neft-kimya sahəsində çalışan nüfuzlu elm xa­dimlə­rinın, gənc alimlərin, kimya istehsalatı rəhbərlərinin, həmçinin «Azərikimya» İB-nin aparıcı mütəxəssislərinin iştirak etdiyi tədbirdə Azərbaycanın və xarici ölkələrin kimya və neft-kimyası sahəsində nüfuz sahibi olan kimyaçıların, o cümlədən Qafqaz Universitetinin, «Azərikimya» İstehsalat Birliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Ali Neft Məktəbinin, «Petkim Petrokimya Holding» A.Ş.-nin, Bakı Dövlət Universitetinin,  Türkiyənin  Atatürk və Yıldız Texniki Universitetlərinin əmək­daş­larının məruzələri dinlənilib. İstehsalat-texnologiya, katalizatorlar və ekologiya, tullantıların utilizasiyası bölmələri üzrə «İlkin emal benzini fraksiyasının bitgi yağı ilə birgə termiki çevrilməsi sayəsində olefinlərin alınması», «Kimya sənayesinin inkişafı və yeni texnologiyaların tətbiqi», «Bərk neft tullantıları əsasında polimer-bitum kompozis­iyasının alınması», «Sənayedə avadanlıqları ərpdən təmizləmək üçün tərkibin yaradılması», «Polimer tullantılarının ekoloji zərərsizləşdirilməsi» və s. məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Məruzələr başa çatdıqdan sonra  kimya və neft kimyasının nəzəri və praktik məsələləri, fiziki və anali­tik kimyanın aktual  problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s.-lə bağlı dialoq və müzakirələr aparılıb.
Konfransın plenar yığıncağında “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Neft-kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, Qafqaz Universitetinin rektoru professor Ahmet Sanıç, Azərbaycanda yüksək elmi təhsil şəbəkəsi yaratmağa nail olmuş “Çağ öyrətim işlətmələri”nin rəhbərliyi və digər rəsmi qonaqlar, həmçinin respublika qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır