“Seyid Yəhya”
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyi Seyid Yəhya Şirvani ili çərçivəsində “Seyid Yəhya”
videodərsləri hazırlamağa başlayıb. Layihə “İmage Company”nin dəstəyi,
Qafqaz Universitetinin dosenti, Seyid Yəhya irsinin tədqiqatçısı Mehmet
Rıhtımın müəllifliyi ilə həyata keçirilir.
“Media forum” saytına açıqlama verən “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli videodərslərin ilk nümunəsinin internetlə yayımlandığını deyib: “Seyid Yəhya ili çərçivəsində 40 videodərsin hazırlanması planlaşdırılır”.
Seyid Yəhya Şirvani xəlvətilik təriqətinin Yaxın və Orta Şərqdə ən böyük təmsilçisi kimi tanınır. Onun vəfatının 550-ci ildönümünü qeyd etmək YUNESKO-nun 2013-cü il üzrə tədbirlər planında yer alıb.
http://avropa.info/news/?sehife=1&xeber=21640