19 Mayıs 2014 Pazartesi

Yeni Fikir Müsabiqəsi 2014 layihəsinin qalibləri elan olunub

Yeni Fikir Müsabiqəsi 2014 layihəsinin qalibləri elan olunub piar.az


QUTechnorak (Qafqaz Universiteti Texnoparkı - http://qutechnopark.az/) qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosisteminin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir.
YFM ildə bir dəfə keçirilir. Bu müsabəqdə iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir.YFM 2014 layihəsinə isə 01 noyabr 2013-cü ildən etibarən start verilmişdir. YFM 2014 əsasında 229 müraciət qəbul edilmişdir ki, onalardan 169 iş fikri qiymətləndirmə prosesinə alınıb. Yarımfinala vəsiqə qazanmış 24 iş fikirlərindən 10-u isə finala vəsiqə qazanıb.
Finalda isə qiymətləndirmənin nəticələrinə əsasən real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq seçilib. YFM 2014 Layihəsinin qaliblərinə şirkətləşməsi üçün İnkubasiya Mərkəzində ofis, mentor, təlim, məsləhət kimi köməkliklərlə yanaşı, ilk 3 yeri tutan layihə qrupları müvafiq olaraq 10000 manat, 5000 manat və 3000 manat maliyə vəsaiti ilə mükafatlandırılıb.
Final Proqramı Bakı Biznes Mərkəzində keçirilən, ictimaiyyətin də müşahidə etmə imkanı olan Final Proqramında YFM 2014 Layihəsinin qalibləri 1-ci yer: BethClip 2-ci yer: TUNING FORK 3-cü yer: Timi`s Aerial Vehicle (Smartplane) 4-cü yer: Antiviruslar.az 5-ci yer: GriG layihələri qalib olub.
Münsiflər heyyətinin üzvü Elnur Ələsgərli bildiribki bu cür tədbirlər gənclərin yeni iş ideyalarının üzə çıxmasına xidmət edir. Bu da öz növbəsində ölkəmizin gündən günə inkişaf edən iqtisadiyyatına öz töhvəsini verəcək.
Qalibləri təbruk edən Qafqaz universitetinin rektoru professor Ahmet Saniç gənclərin müsabiqədə fəallıq göstərməsinə sevindiyini universitetində hər zaman belə müsabiqələrin keçirilməsinə dəstək olduğunu bildirib.

Yeni Fikir Müsabiqəsi 2014 layihəsinin qalibləri elan olunub

Piar.Az