Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Kimya Müəllimliyi 2-ci kurs tələbələrini kurs tələbələrini qəbul etdi.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Kimya Müəllimliyi 2-ci kurs tələbələrini kurs tələbələrini qəbul etdi. Karyera Planlama Mərkəzi Aqil Məmmədovun rəhbərliyi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna Kimya müəllimliyi 2-ci kurs tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin iş dünyası ilə tanış olması və “Neft kimyаsı və kаrbоhidrоgеnlərin tеrmоkаtаlitik çеvrilmələri” dərsinin praktikasının təmin olmasını idi. Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdilər və Neft emalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
http://www.qu.edu.az/az/news/%E2%80%9CQafqaz%E2%80%9D-ECDL-il%C9%99-%C9%99m%C9%99kla%C5%9Fl%C4%B1q-m%C3%BCqavil%C9%99si-imzalay%C4%B1b-zaman-5555.html