Qafqaz Biznes Keys Yarışının Çepmpionları Universal MMC tərəfindən mükafatlandırıldı.
Qafqaz Universitetində Qafqaz Biznes Forumunun nəzdində təşkil edilan 3-cü Qafqaz Biznes Keys Yarışının final mərhələsi keçirildi. Qafqaz Biznes Forumu Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi tərəfindən 2012-ci ildən bəri hər il təşkil edilir. Bu ilki foruma 200-ə yaxın tələbə və müəllim heyəti ilə birlikdə fərqli şirkətlərdən idarəçilər qatıldı.Biznes Forumunun açılışını edən Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin direktoru Odiljon Abdurazzakov universitetlər və biznes dünyası arasındakı əlaqələrin tələbələrin praktiki və biznes biliklərini artırmaq üçün əhəmiyyətli olduğunu vurğuladı. O bildirdi ki, 2012-ci ildən bəri Mərkəz və şirkət nümayəndələri ilə birlikdə əhəmiyyətli nailiyyətlər əldə edilib. Komandaların sayı 2012-ci ildən bəri 5-dən bu il 15-ə çatıb. Bu il mərkəz tərəfindən təxminən 50-yə yaxın tələbəyə Marketinq tədqiqatı və Quantitativ analiz treyninqləri keçirilib. Hədiyyə miqdarı da həmçinin 2012-ci ildə olan 800 manatdan bu il 3000 manata qalxıb.
Bu il, tələbələr, yarışa sponsorluq edən Universal MMC üçün intensiv tədqiqat aparıb. Yarışa müraciət edən 15 komandadan 12-si müsahibə mərhələsini keçib. Onlardan 9-u yarıfinal mərhələsində iştirak etsədə yalnız 4 komanda final mərhələsinə iştirak etmə şansı əldə edib. Yarışın jüriləri Universal şirkətinin Əməliyyatların idarə edilməsi şöbəsinin rəhbəri Tural Əlizadə, Marketinq şöbəsinin direktoru Tural Mehtiyev və Maliyyə şöbəsinin direktoru Turkay Camal oldular.
Biznes Keys Yarışından yəni dörd finalist komandanın təqdimatından sonra , yerli şirkət rəhbərləri və startap sahibkarlarının tələbələrlə öz fikirlərini bölüşdüyü panel keçirildi. Forumun sonunda finalistlər Tural Əlizadə tərəfindən mükafatlandırıldı. Nəticələr və hədiyyələr aşağıdakı kimidir.
1-ci yer- Komanda 7 (Hədiyyə 1200 AZN)
2-ci yer- Komanda 1 (Hədiyyə 800 AZN)
3-cü yer-Komanda 2 və Komanda 8 (Hədiyyələr: hər komandaya 400 AZN)
Həmçinin iştirakçılar AZMDF, Ustop mağazası, Şahzadə restoranı və AM Electronics mağazasının sponsorluqu ilə müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldı.
http://www.qu.edu.az/az/news/Qafqaz-Biznes-Keys-Yar%C4%B1%C5%9F%C4%B1n%C4%B1n-%C3%87epmpionlar%C4%B1-Universal-MMC-t%C9%99r%C9%99find%C9%99n-m%C3%BCkafatland%C4%B1r%C4%B1ld%C4%B1-5508.html