Qafqaz Universitetində ümumtəhsil məktəbləri şagirdlərinin VII İLO (İnformatika Layihə Olimpiadası) final mərhələsi Azərbaycanın öndə gələn universitetlərindən biri olan QAFQAZ universitetində keçirildi

Qafqaz Universitetində VII İLO İnformatika Layihə Olimpiadası    zaman.az
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi  Nano elektronica Estet kompani  Olimpiadanın təşkilatçılarıdır.Açılışa Azərbaycan ictimaiyyəti ilə yanaşı Türkiyənin Fatih Universitetinin rektoru prof.dr. Şerif Ali Tekalan, Turqut Ozal universitetinin rektoru  Prof. Dr .Abdulkadir Şengün,  SuleymanŞah universitetinin  rektoru prof. Dr. Hüseyn Ekiz  də qatılıb.Olimpiada “Lazım olsa super bir veb səhifə hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı olsaydı qatılmaq istərdim, proqram yazmaq mənlikdir, uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır” kimi fikirlər bir çox gəncimizdə var. Əgər siz də bunlardansınızsa onda bu yarış sizin üçündür! devizi ilə keçirilir.İLO respublikamızın İT və kompyuter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan doğmuşdur. Artıq bu il VII-si keçiriləcək məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat başlandı. Keçmiş yarışlarda müxtəlif şəhər və rayonlardan lisey və məktəblərdən şagirdlər iştirak etmiş və qiymətləndirilmişlər. Bu il də yarışda Azərbaycan respublikasının müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak edirlər. Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompyuterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompyuter biliklərinin artmasına yardımçı olmaq, həm də kompyuterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir.Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin İKT sahəsində biliklərinin və İKT-yə olan maraqlarının artırılması, müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir. Olimpiadada asagidaki kateqoriyalar üzrə layihələr təqdim olunub.
Qısa Film     -     14 layihə
Animasiya    -    9 layihə
Web Səhifə   -  11 layihə
Proqramçılıq  -   7 layihə
Robotics       -   11 layihə 
Yüzlərlə ziyarətçisi olan sərgidə diqqəti ən  çox cəlb edən Beynəlxalq təhsil mərkəzinin Türk  liseyinin şagirdlərinin hazırladığı  yanğın söndürmə maşını və Sumqayıt təfəkkür liseyinin şagirdlərinin hazırladığı  işiğın polyarlaşması və maşınqayırmada tətbiqi  layihəsi idi.
 Layihələrin qiymətləndirilməsi ixtisaslı müəllimlər və İKT üzrə mütəxəssislər tərəfindən aparılır.

zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF