Qafqaz Universitetinin Kimya Müəllimliyinin 3-cü kurs tələbələri “AzMeCo” şirkətində

Qafqaz Universitetinin Kimya Müəllimliyinin 3-cü kurs tələbələri  “AzMeCo” şirkətində
Karyera Planlama Mərkəzi Aqil Məmmədovun rəhbərliyi ilə Azərbaycan Metanol Şirkətinə (AzMeCo) Kimya müəllimliyinin 3-cü kurs tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin iş dünyası ilə tanış olması və “Sənayedə metanolun alınması” dərsinin praktikasının canlı şahidi olmasını təmin etmək idi.Metanolun istehsalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar.Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdilər və belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin dahada möhkəmlənəcəyini vurğuladılar. Azərbaycan Metanol Şirkəti (AzMeCo) 2007-ci ildə yaradılmışdır. Şirkət neft-kimya layihələrinə sərmayə qoyur və Azərbaycanda iri layihələrin reallaşdırılmasını həyata keçirir. “AzMeCo” 2013-cü ildə özünün inşa etdiyi metanol zavodunu tamamlamış və istifadəyə vermişdir. Zavodun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz hesab edilir

http://www.qu.edu.az/az/news/Qafqaz-Universitetinin-Kimya-M%C3%BC%C9%99llimliyinin-3-c%C3%BC-kurs-t%C9%99l%C9%99b%C9%99l%C9%99ri-%E2%80%9CAzMeCo%E2%80%9D-%C5%9Firk%C9%99tind%C9%99-5413.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF