Dəniz və okean sularından hidrogenin alınması


 

Dəniz və okean sularından hidrogenin alınması - FOTOQafqaz universitetinin, mühəndislik fakültəsinin kimya mühəndisliyi bölməsində dəniz suyundan hidrogen əldə etmək üçün geniş miqyaslı tədqiqat işlərinə strat verilmişdir. Artıq 3 tələbə, 3 müəllim və 1 mühəndisdən təşkil olunmuş təqdiqat qrupu intensiv olaraq bu işlə bağlı fəaliyyət göstərirlər. Təkmil pilot bir cihaz qurulmuş və müvəffəqiyyətlə istifadəyə verilmişidir. Bu cihazın reaktor qismində altı ədəd elektrod quraşdırlmış və bu elektrodlarda anod tamamilə izolasiya edilmişdir. Katod və anod arasındakı keçiricilik membran vasitəsilə təmin edilir. Membran kimi Azərbaycanın təbii mineral ehtiyatlarından istifadə edilmişdir. Hal hazırda tədqiqatlar zaman keçdikcə dəniz suyunda olan xlorid miqdarının neçə dəyişdiyini öyərənmək istiqamətində davam edir. Gələcəkdə alınmış yanacağın enerji dəyərini ölçmək üçün qaz kalorimetri və qaz xromotoqrafiya cihazi ilə yanacaqda olan qaz qarışığının hansı komponentlərdən təşkil olunduğunu öyrənmə istiqamətində davam etdiriləcəyi planlaşdırılmışdır. 
Az enerji sərf etməklə suyun effektiv parçalanması əsrlər boyu elm adamlarının diqqətini cəlb edən məsələlərdən biridir. Sudan hidrogen və oksigenin alınması uçun bir çox elektrokimyəvi və fotokimyəvi metodlar tətbiq edilir. Sualolunabilər ki niyə hidrogen əldə etmək bu qədər maraq doğurur? Hidrogenin digər yanacaq növlərindən nə kimi üstünlükləri var?Hidrogeninenerji dəyəri digər yanacaq növləri ilə müqayisə etdikdə çoxdur. Məsələn benzinin 1 qramında təqribi olaraq 40 kC hidrogenin 1 qramından isə 122 kC enerji əldə etmək mümkündür. Planetimizin səthinin 70%- su ilə örtülüdür. Yer kürəsində olan su ehtiyatlarının yalnız 2.5%-ini şirin su təşkil edir. Yerdə qalan su qaynağlarına dəniz, okean və buzluqların tərkibində olan sular daxildir. Suyun tərkibində hidrogenin varlığı və onu parçalamaqla hidrogen əldə etməyin mümkünlüyü, karbohidrogen yanacağının alternativi və daha çox üstünlüklərə malik olan hidrogen yanacağının istifadəsi məsələsini aktuallaşdırır. Karbohidrogen mənəbələri su ilə müqayisədə həddən artıq azlıq təşkil edir. Bundan başqa onun yeraltı mənbələrdən çıxarılması və emal edilməsi artıq miqdarda enerji tələb edir. Esas problemlərdən biri də karbohidrogen yanacağı yandıqdan sonra meydana cıxan yanma məhsullarının canlı orqanizmlər üçün çox təhlükəli olmasıdır. Məlumdur ki, gün bə gün maşınların və istilik elektirk stansıyaların miqdarı artır və bunlar da karbon qazının atmosferdəki miqdarını artırır. Bu da qlobal isinməyə və dəniz, okean sularının turşuluq dəyərinin artmasına gətirib çıxarır. İnsan populyasiyasının sütələ artımı yaxın gələcəkdə təbii karbohidrogen ehtiyatlarının (təbii qaz, neft, torf) ciddi şəkildə azalmasına və tükənməsinə səbəb ola bilər. Ona görə də elm adamları bu problemin qısa zamanda həll olması isitiqamətində fəaliyyətlər göstərirlər. Bunun üçün effektiv vasitələrdən biri dəniz və okean sularını istifadə etməklə hidrogen yanacağı əldə etmək ola bilər. Çunki hidrogen yandıqda yanma məhsulu olaraq su çıxır və bunun da canlı orqanizmlər üçün təhlükəsi yoxdur. 


Dəniz və okean sularından hidrogenin alınması - FOTO

Piar.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF