19 xarici ölkənin alimləri Qafqaz Universitetində olub
“Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda IV Beynəlxalq Konqres Ümummilli Lider Heydər Əliyevin 91 illik yubleyinə həsr olunub.Publika.az-ın məlumatına görə, Qafqaz Universitetində baş tutan konqres, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA İqtisadiyyat İnistitu, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, TUSİAB iş adamları cəmiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.Kongresə 350-yə yaxın tezis və məqalə təqdim olunub, elmi heyət tərəfindən bunlardan 150-yə yaxını tam mətin-məqalə kimi qəbul edilib və çap olunub. Onu da qeyd edək ki, məqalələrin təxminən yarısı 19 xarici ölkə alimləri tərəfindən təqdim olunub.Konqresin açılış mərasimi Qafqaz Universitetinin Akt zalında (Rektorluq binası) keçirilib.Onu da qeyd edəkki konqresdən bir gün öncə 19 xarici ölkə alimlərinin iştirak edəcəyi konqres iştirakçıları ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə çiçəklər qoymuş, onların xatirəsini böyük ehtiramla yad edib.Açılış mərasimində Qafqaz universitetinin rektoru professor Ahmet Saniç konqres iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Çıxış edən Bakı Dövlət universitetinin rektoru professor Abel Məhərrəmov İqtisad Universitetinin prorektoru, professor Əvəz Bayramov çıxışlarında Umummilli liderimiz Heydər Əliyevin 91 illik yubleyinə həsr olunmuş konfransın mahiyyətindən, əhəmiyyətindən danışaraq təkliflər vemişlər və konfransın təşkili üçün Qafqaz Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Fatih Universitetinin rektoru, professor Şerif Ali Tekalan çıxışında Azərbaycana ilk gəlişindən bu günə kimi ölkədəki inkişafdan danışıb.Açılış mərasimindən sonra konqres plenar çıxış və müzakirələrlə öz işini davam etdirir. İlk gün prof. dr. Peter Kovac, prof. İrina Vladimirovna Zeleneva, prof. dr. Jeff Mankoff, prof. dr. Vilayət Vəliyev və başqalarının çıxışları dinlənilib və müzakirələr aparılır.Kongresin ikinci günü də Qafqaz Universitetinin ikinci tədris binasında ilk öncə plenar müzakirələr keçiriləcək, sonra kongres öz işini aidiyyatı üzrə seksiyalarda davam etdirəcək.