VI Beynəlxalq Gənclik Şənliyi keçirildi
Bu gün ənənəvi olaraq Səhiyyə,Mədəniyyət və İdman idarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil olunan VI Gənclik Şənliyi keçirildi. Şənlik müasir, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ifasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri və xor özfəaliyyəti kollektivinin bu sözləri möhtəşəm musiqidə səsləndirməsi ilə başladı. Bütün ömrünü Azərbaycanın rifahına həsr etmiş dahinin polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bütün şənlik boyu vurğulandı. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev irsi bir nümunə olaraq göstərildi.Qədim oğuz tayfalarından bu günə qədər möhtəşəmliyini qoruyub saxlamış “Cəngi” rəqsi oğlanlardan ibarət rəqs kollektivinin ifasında şənliyə xüsusi rəng qatdı. Xeyir və şərə işıq tutan fizika və informatika-riyaziyyat bölümləri I kurs tələbələrinin ifasında nümayiş olunan “Xeyir və şər” kompozisiyası xeyir işlər görmək üçün Heydər Əliyev irsindən bəhrələnməyi, faydalanmağı, onun hər bir fikrini, məsləhət və tövsiyyəsini gündəlik iş prosesində əldə rəhbər tutmağı təlqin etdi. Fəridə Mirişovanın ümumdünya musiqi sənətinin zirvəsi olan muğam ifası şair, aparıcı Nazilə Səfərlinin vətənpərvərlik, məhəbbət mövzulu lirik şeirləri, universitetin dram özfəaliyyəti kollektivinin üzvi İmran İbişovun ifasında damarları donduran “Bizimlədir sağdır Heydər” şeiri, istedadlı gənc müğənni Elgünün təkrarsız ifası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “ “Tələbə baharı” festivalının Milli rəqslər üzrə III yerə layiq görülən qızlardan ibarət rəqs kollektivinin bir-birindən maraqlı çıxışları, bu festivalın lauretı seçilən xor kollektivinin nəğmələri, nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında tanınmış saz ifaçısı Aqşin Tariyeloğlunun qəlbləri coşduran ifası, saksafon ifaçısı Elmarın lirik melodiyaları, türk ruhunun yenilməzliyinin ifadəsi olan zorxana şənliyə xüsusi rəng qatdı.
Universitetin maraq klublarının şənlik boyu göstərdiyi fəaliyyət onların həm də illik hesabatı idi. Biznes Dünyası klubunun “İlin klubu” nominasiyasının qalibi seçilməsi tələbə şənliyini daha da maraqlı etdi. İdarənin fəaliyyətini dəyərləndirən universitetin rektoru Ahmet Saniç Heydər Əliyevin Azərbaycanın mədəniyyəti, təhsili, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatındakı rolundan və onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlərdən bəhs edərək, ulu öndərin etimad göstərdiyi Qafqaz Universiteti rəhbərliyinə, əməkdaşlarına və tələbələrinə uğurlar arzuladı .
http://www.qu.edu.az/az/news/%26quot%3B-%C6%8Fb%C9%99diya%C5%9Far-lider-%26quot%3B-5389.html
Mədəniyyət şöbə müdirliyi