Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya Konqresi
Konqresin açılış mərasimi Qafqaz Universitetinin Akt zalında (Rektorluq binası) keçirilib. Onu da qeyd edəkki konqresdən bir gün öncə 19 xarici ölkə alimlərinin iştirak edəcəyi konqres iştirakçıları ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə çiçəklər qoymuş, onların xatirəsini böyük ehtiramla yad etmişlər.Açılış mərasimində Qafqaz universitetinin rektoru professor Ahmet Saniç konqres iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Çıxış edən Bakı Dövlət universitetinin rektoru professor Abel Məhərrəmov İqtisad universitetinin prorektoru professor Əvəz Bayramov çıxışlarında Umum milli liderimiz Heydər Əliyevin 91 illik yubleyinə həsr olunmuş konfransın mahiyyətindən , əhəmiyyətindən danışaraq təkliflər vemişlər və konfransın təşkili üçün Qafqaz universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Fatih Universitetinin rektoru professor Şerif Ali Tekalan çıxışında Azərbaycana ilk gəlişindən bu günə kimi ölkədəki inkişafdan geniş danışıb. Açılış mərasimindən sonra konqres plenar çıxış və müzakirələrlə öz işini davam etdirir. İlk gün prof. dr. Peter Kovac, prof. İrina Vladimirovna Zeleneva, prof. dr. Jeff Mankoff, prof. dr. Vilayət Vəliyev və başqalarının çıxışları dinlənilib və müzakirələr aparılır.Kongresin ikinci günü də Qafqaz Universitetinin ikinci tədris binasında ilk öncə plenar müzakirələr keçiriləcək, sonra kongres öz işini aidiyyatı üzrə seksiyalarda davam etdirəcəkdir.
piar.az