Dünya İqtisadiyyatı -3 tələbələri “Aztexnika“MMC-ni ziyarətdə

Dünya İqtisadiyyatı -3 tələbələri “Aztexnika“MMC-ni ziyarətdə
Karyera Planlama Mərkəzimiz “Aztexnika“MMC-yə Dr.Sərvər Qurbanovun rəhbərliyi ilə Dünya İqtisadiyyatı-3 tələbələrinin gəzintisini təşkil etdi.Şirkət gəzintisinin təşkil olunmasında məqsəd tələbələrin Sənaye müəssisələri ilə tanış olması və dərs zamanı yiyələndikləri biliklərinin praktikasının canlı şahidi olmasını təmin etməkdir.Gəzinti zamanı şirkət nümayəndələri tələbələri şirkətin ərazisi ilə tanış edərək gördükləri işlər və planları haqqında qisa məlumat verdilər.Texniki avadanlıq və ləvazımatların istehsalının canlı şahidi olan tələbələrimiz şirkət gəzintisindən məmnun qaldılar.Şirkət nümayəndələri də öz növbəsində tələbələrimizi şirkətləri ilə tanış etmələrindən böyük zövq aldıqlarını bildirdilər. Onu da qeyd edək ki, “Aztexnika” MMC əsasən nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin Azərbaycandakı ekskluziv təmsilçisi kimi fəaliyyət göstərir.

http://www.qu.edu.az/az/news/D%C3%BCnya-%C4%B0qtisadiyyat%C4%B1-3-t%C9%99l%C9%99b%C9%99l%C9%99ri-%E2%80%9CAztexnika%E2%80%9CMMC-ni-ziyar%C9%99td%C9%99-5412.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF