Robot proqramlaşdırmaqla bağlı müsabiqənin qalibləri bəlli oldu

Robot proqramlaşdırmaqla bağlı müsabiqənin qalibləri bəlli oldu  palitra
Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı sona çatıb.

Layihənin məqsədi respublikada universitet tələbələrinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Müxtəlif sahələrdə innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti və QU İKTETM bu layihə ilə Azərbaycanda bir ilkə imza atıb.
AzRoboHack müsabiqəsinə 14 aprel tarixində start verilib. 27 aprelə qədər davam edən qeydiyyat mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər universitet tələbələrindən 55 komanda qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş komandaları müqayisə etmək və layiq olanları seçmək üçün komandalar bir neçə mərhələdə seçimlərdə iştirak etmişlərdir.
Öncə 28-29 aprel tarixlərində qeydiyyatdan keçmiş komandalar E-olimp veb səhifəsində təşkil olunmuş AzRoboHack 1 və AzRoboHack 2 online müsabiqələrində öz proqramlaşdırma biliklərini sübut etməyə çalışıblar. Bu mərhələyə 43 komanda qatılmağa razılıq verib və bu komandalardan 34-ü online seçim müsabiqəsində iştirak edib. 
Növbəti mərhələdə öncədən təyin olunmuş keçid balını (1000 bal) keçən 21 komanda online və ya canlı müsahibə mərhələsində iştirak ediblər. Bu mərhələdə iştirakçıların robototexnika sahəsindəki biliklərinin ölçülməsi üçün suallar verilib və bu sahəyə olan maraqlarına önəm verilib. Müsahibə nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazanıb. 
3-4 may tarixlərində keçirilən təlimlərdə finalçılara, online seçim mərhələsində xüsusilə fərqlənən digər komandalara və İKTETM-in davamçılarına robototexnika, LEGO Education Set istifadə etməklə robot prototiplərinin hazırlanması və proqramlaşdırılması, leJOS, leJOS mühitində və vizual mühitdə LEGOların proqramlaşdırılması və digər mövzularda təlimlər keçirilib.
Finalçı komandalar təlimlərdə əldə etdikləri bilikləri 5-6 may tarixlərində keçirilən final mərhələsində istifadə edərək öz layihələrini həyata keçirib, yarış mükafatçıları sırasına düşmək üçün mübarizə aparıblar. Nəticədə aşağıdakı komandalar qalib gələrək mükafat qazanıblar: Birinci yer - Huggies komandası, mükafat 500 AZN,
ikinci yer - BDU-Tətbiqçi komandası, mükafat 300 AZN, üçüncü yerlər - RoboOlimp və Crerobotative komandaları, mükafat hər bir komandaya 200 AZN.
Müsabiqədə iştirak edən digər komandalar iştirakçı sertifikatı ilə təltif olunublar. Yekun olaraq bütün iştirakçı komandalar İKT Elmi Tədqiqat Mərkəzinin gələcək layihələrinə qoşulmağa dəvət olunublar.

İlkin

palitra.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF