“Biznes Keys” yarışının yarımfinal mərhələsi keçirilib

“Biznes Keys” yarışının yarımfinal mərhələsi keçirilib
Qafqaz Universitetində, Qafqaz Biznes Forumunun nəzdində 3-cü “Biznes Keys” yarışının yarımfinal mərhələsi keçirilib. Qafqaz Biznes Forumu Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi tərəfindən 2012-ci ildən bəri hər il təşkil edilir. Qafqaz Biznes Forumunun məqsədi biznes idarəçiləri və gələcəkdə biznes idarəçisi olmaq istəyən tələbələri bir platformada yığmaqdır. Qafqaz Biznes Forumu iki komponentdən ibarədir. Birinci komponent Qafqaz Biznes Keys yarışıdır ki, bu yarış çərçivəsində tələbələr komanda şəklində konsultant rolunda bir-biriləri ilə Azərbaycandakı yerli şirkətlərdən birinin bazarını araşdırmaqla hazırladıqları təklifləri yerli şirkətlərə təqdim etməklə yarışırlar. İkinci komponent forumdan ibarətdir ki, bu forum daxilində fərqli şirkətlərdən biznes idarəçiləri öz sahibkarlıq təcrübələrini tələbələrlə bölüşürlər. Yarımfinal mərhələsinin açılışını edərkən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç biznes sektoru və universitetlərin yaxın əlaqədə olmalarının əhəmiyyətli rolunu vurğuladı. O, yarışan bütün komandalara uğurlar arzulayıb. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Mayis Əzizov, “Universal” MMC-nin baş qlobal strategiya mütəxəssisi Tural Əlizadə və Marketinq şöbəsinin
müdiri Tural Mehtiyev də bütün komandalara uğurlar arzulayıblar.
Müsahibədən keçən 12 komandaya bir ay müddətinə təlim keçirilib. Komandalara Marketinq tədqiqatı və təhlili mövzusunda təlim Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin direktoru Adiljan Abdurazzak tərəfindən və Quantitativ Analiz mövzusunda təlim isə SİTM-in üzvü Dr. Firudin Sultanov tərəfindən verilib.
Yarışın sonunda, final mərhələsində iştirak edəcək seçilmiş 4 komandanın adları elan edilib.
Qeyd edək ki, Qafqaz Biznes Keys Yarışı (QBKY) Universal MMC-ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. QBKY-nın final mərhələsi 15 Mayda Qafqaz Universitetində keçiriləcək.


İlkin

palitra.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF