Azərbaycan Layihə İdarəedilməsi Assosiasiyası tədbirində universitetimiz iştirak etdi
1999 ildən etibarən Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Layihə İdarəedilməsi Assosiasiyası layihələrin idarəedilməsi sahəsində tanınmış təşkilatlardan biri olub 150-dən çox yerli və xarici təlim keçirmiş, 2000-dən çox layihə rəhbərinə insan kapitalının artırılması mövzularında müxtəlif seminarlar keçmiş, 80-dən çox böyük şirkətlə əməkdaşlıq etmiş, 180-dən çox professionalın beynəlxalq IPMA sertifikatını əldə etməsinə nail olmuş və Azərbaycanda bu sertifikatın rəsmi təmsilçisi olan yeganə təşkilatdır. Təşkilatın ölkəmizdə layihə idarəetmə mövzusunda aylıq keçirdiyi görüşlərdə müxtəlif təşkilatların ekspertləri, layihə idarəetməsi mütəxəssisləri, maliyyə inzibatçıları və s. dəvət olunur. Aprel ayının 25-i keçirilən ardıcıl silsilə görüşdə universitetimizi Beynəlxalq Şirkətlərlə Əməldaşlıq və Layihə Ofisi təmsil etmişdir. Keçirilən görüşdə yerli və xarici donorların maliyyələşdirdiyi layihələrdə şirkətlərin qarşılaşdığı maliyyə problemləri, bu problemlərin həlli üsulları, qanunvericilikdə layihələrin yeri və s. mövzular müzakirə edilmiş və potensial problemlərin həlli üçün müxtəlif çıxış yolları təklif edilmişdir.
http://www.qu.edu.az/az/news/Az%C9%99rbaycan-Layih%C9%99-%C4%B0dar%C9%99edilm%C9%99si-Assosiasiyas%C4%B1-t%C9%99dbirind%C9%99-universitetimiz-i%C5%9Ftirak-etdi-5334.html