Özəl ali məktəblərdə qiyabi təhsil ləğv edilib
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Bildiirlib bu ilki tədris ilində əyani təhsil forması üzrə qəbul planı 13% artırılıb.
Cəsarət Valehovun sözlərinə görə, bu il özəl ali mətəblərdə qiyabi təhsil forması üzrə qəbul planı ləğv edilib:
“Digər ali məktəblərdə isə qiyabi təshil formasl üzrə qəbul 2 dəfədən çox azaldılıb, həmin yerlər əyani qəbul forması üçün ayrılıb”.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycan İctimai-Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunda pedaqoji ixtisaslar qəbul dayandırılıb.
“Pedaqoji ixtisaslar üzrə qəbul planı özəl ali məktəblərdən ancaq Qafqaz Universiteti, Xəzər Universiteti və Bakı Qızlar Universitetinə verilib. Bunun səbəbi isə adı çəkilən universitetlərdə kadr hazırlığının qənaətbəxş olmasıdır.
Kənd təsərrüfatı ixtisasları üzrə yalnız dövlət sifarişi əsasında qəbul planı ayrılacaq”.
C.Valehdov vurğulayıb ki, eyni zamanda magistratura pilləsinə qəbulda da bu il dəyişikliklər olacaq. Belə ki, bu il magistr pilləsinə qiyabi təhsil forması üççün plan yeri ayrılmayıb. Bundan başqa bakalavr buraxılışı olmayan ixtisaslara magistr üzrə plan yerləri ayrılmayıb:
“Məsələn bank işi üzrə bakalavr ixtisası yoxdur. Onun magistratura səviyyəsinə də plan yeri ayrılmayıb. Orta ixtisas təhsil müəssəsiələrində real tələbata əsaslanmadan artırılmış qəbul yeri azaldıb. Qəbul sayı 15 667-dən 11 266-ə endirilib.
Bundan başqa orta ixtisas peşə təhsili məktəblərindən ibtidai sinif və informatika müəllimliyi xitsasları qəbul planından çıxarılıb. Çünki ali məktəblərin pedaqoji təhsil ixtisaslar üçün daha geniş imkanları var. Orta ixtisas peşə məktəblərində, yəni kollaeclərdə qiyabi təhsil forması üçün plan yeri 4.1 dəfə azaldılıb. Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları üzrə qəbul planı çıxarılıb”.
azvision.az