2013-2014-cü tədris ili üzrə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Daxili Təqaüd Proqramına start verilmişdir




2013-2014-cü tədris ili üzrə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Daxili Təqaüd Proqramına start verilmişdir

Bakı, 11 may (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinn (ARDNŞ) istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.

ARDNŞ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 17 fevral 2013-cü ildə 2013-2014-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilmişdir. 4 həftə davam edən elektron qeydiyyat zamanı ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət etmiş 2 min 357 tələbədən 1975 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanmış, onlardan 1639-u test imtahanına buraxılmışdır. Mayın 4-də müsabiqənin I mərhələsi - test imtahanı keçirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanda tələbələrin məntiqi təfəkkürü yoxlanılmışdır. Yaxın günlərdə II mərhələyə keçid balları müəyyənləşdiriləcək və bu mərhələdə namizədlər ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə olunacaqlar.
Qeyd edək ki, ARDNŞ-nin təqaüdünün verilməsi üzrə müsabiqədə Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Aqrar Universiteti və Xəzər Universitetinin tələbələri aktivlik nümayiş etdirmişlər. Müsabiqədə ali məktəblərin bakalavriat pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak etmişlər. Müraciət etmiş 2 min 357 nəfər tələbədən 56 faizini ARDNŞ-nin Təqaüd Proqramında ilk dəfə iştirak etmişdir.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF