Türkiyə Ali Təhsil Şurasının sədri Qafqaz Universitetində olmuşdur
Bakı, 17 yanvar (AzərTAc).
Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim
Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti
yanvarın 17-də Qafqaz Universitetində olmuşdur.
AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi nümayəndələrinin, alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilmişdir.
Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmış, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırlatmışdır. Rektor, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən bəhs etmişdir.
Görüşdən məmnunluğunu bildirən Gökhan Çetinsaya Türkiyə-Azərbaycan əlaqələrinin, o cümlədən təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən qonaq, ölkələrimiz arasında təhsilin inkişafı üçün birgə proqramların reallaşdırılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə Qafqaz Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.