“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Ağdaş rayonu üzrə yekun mərhələsi keçirilib
“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin rayon mərhələsi keçirildi
Hər il bir ənənə olaraq keçirilən “Ana dilimizi sevək, sevdirək”
müsabiqəsinin Ağdaş rayonu üzrə yekun mərhələsi keçirilib. Tədbirdə
Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Qalib Həsənov, rayon
Təhsil şöbəsinin müdiri Lütvi Paşayev və liseyin müdiri Ramazan Tomay
çıxış edərək tədbirin dilimizin qorunmasında, təbliğ olunmasında
əhəmiyyətindən danışıblar və müsabiqədə iştirak edən rayon ümumtəhsil
məktəblərinin şagirdlərinə uğurlar arzulayıblar. Sonra şagirdlər şeirlər
söyləyiblər, mahnılar oxuyublar. Daha sonra ziyalılardan ibarət
münsiflər heyətinin qərarına əsasən finala vəsiqə qazanan şagirdlər
seçilib. Seçilmiş şagirdlər Bakı şəhərində keçiriləcək “Ana dilimizi
sevək, sevdirək” müsabiqəsinin yekun mərhələsində iştirak edəcəklər.
Tədbirin sonunda münsiflər heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim
olunub.