İşıq Universiteti ilə Qafqaz Universiteti arasında memorandum imzalandı.

 17 January, 2013,  İraqın Ərbil şəhərində yerləşən və  fəaliyyət göstərən İşıq Universitetinin rektoru, Prof. Dr. Ahmet Öztaş və   onun  başçılıq etdiyi nümayəndə  heyəti Azərbaycana 3 günlük səfər ediblər. Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və  memorandum imzalamaqdır.  İlk görüş və ilk memorandum  Qafqaz Universitetində  imzalanıb. 
Qafqaz Universitetinin Tempus otağında   keçirilən görüşdə  Qafqaz Universitetinin  rektoru  professor  Ahmet Saniç Qafqaz Universiteti ilə  İraqda fəaliyyət göstərən İşıq məktəbləri   arasında olan əlaqələrdən  bəhs  etmişdir. Rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. İmzalanan sənəddə universitetlər arasında  tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır.
Qafqaz Universitetinin  mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde