“Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” kitabı işıq üzü görmüşdür

Bakı, 21 yanvar (AzərTAc). “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” kitabı işıq üzü görmüşdür.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, nəşr “Evliya Çələbi Səyahətnaməsi”nin Türkiyədə saxlanılan orijinal nüsxələri əsasında Qafqaz Araşdırmaları İnstitutunun əməkdaşları və mütəxəssislər tərəfindən hazırlanmışdır.
XVII əsrin görkəmli türk səyyahı Evliya Çələbi dünyanın bir çox yerlərini, o cümlədən Azərbaycanı gəzərək səyahət etdiyi yerlərin tarixi, coğrafiyası, əhalisi haqqında məlumatlar vermişdir. Səyyah Azərbaycana dörd dəfə səfər etmişdir.
Evliyanın Azərbaycana etdiyi səyahətləri (1646-1666) əhatə olunan bu kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, əhalisi, onun məşğuliyyəti, məişəti, ölkədəki siyasi durum barədə məlumatlar əksini tapmışdır.
Nəşr mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde