Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı 26-27 Aprel 2013

Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı
26-27 Aprel 2013

26-27 Aprel tarixində keçiriləcək “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

KONFRANSIN MÖVZULARI
SEKSİYA 1 :
 

 - Maliyyə
 - İqtisadiyyat
 - İdarəetmə
 - Dövlət və bələdiyyə idarəetməsi
 - Sənayenin təşkili və idarə olunması
 - Muhasibat uçotu və audit
 - Beynəlxalq Münasibətlər, tarix və siyasi elmlər
 - Hüquq

SEKSİYA 2 :
  - Dəqiq və təbiət elmləri
  - İnformasiya və kommunikasiya texnologiyaları
  - Mexnika Mühəndisliyi
  - Kimya Mühəndisliyi


SEKSİYA 3 :
- Pedaqogika
- Filologiya
- Tərcüməşünaslığın müasir problemləri

Konfransda iştirak etmək arzusunda olanlar, elmi məqalələrinin tezislərini 20 fevral 2013-cü ilə qədər konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidir. Tezis 500 - 750 söz həcmində olmalıdır.
1-ci seksiya ilə əlaqədar tezislər  section1@qu.edu.az
2-ci seksiya ilə əlaqədar tezislər  section2@qu.edu.az  
3-cü seksiya ilə əlaqədar tezislər section3@qu.edu.az 
e-mail ünvanına Word formatında göndərilməlidir. Tezislərin qəbulu haqqında məlumat 15 Mart tarixində veriləcəkdir. Qəbul edilən tezislər konfrans materialı kimi çap olunacaqdır. Məqaləsinin çap olunmasını istəyən müəlliflər isə 01 Aprel tarixindən gec olmayaraq məqalələrini konfrans katibliyinə göndərməlidir. Elmi Heyət tərəfindən seçilmiş məqalələr “Journal of Qafqaz University” – də  çap olunacaqdır.

KONFRANS TƏQVİMİ
 
Tezislərinin son göndərilmə tarixi:      20 Fevral
Tezislərin qəbulunun bildirilməsi:       15 Mart
Məruzələrin son qəbul tarixi:             01 Aprel
Konfrans keçirilmə tarixi:                  26 - 27 Aprel
   
YAZI QAYDALARI
1. Tezisin adı, müəllifin adı-soyadı, elmi dərəcəsi, vәzifәsi, iş yeri və elektron poçt ünvanı bildirilmәlidir.
2. Tezisin həcmi (A4), tezisin mətni 500 – 750 kəlimə olmalıdır. Tezislər 12 ölçüdə font ilə Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.
3. Tezislərdə yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən tezislər Elmi Heyət tərəfindən qiymətləndirilərək seçiləcəkdir.
4. Konfransa təqdim olunacaq tezislər Azərbaycan, türk, ingilis və ya rus dillərində olmalıdır.
5. Qəbul olunmayan tezislər müəllifinə geri qaytarılmayacaqdır.
6. Son müraciət tarixindən sonra göndəriləcək tezislər  diqqətə alınmayacaqdır.
7. Tezislər mövzulara görə qeyd olunmalıdır.
8. Tezislərin  qəbulu haqqındakı məlumat müəlliflərə göndəriləcəkdir.

Əlaqə məlumatları
Ünvan
Qafqaz Universiteti
AZ0101
Xırdalan-Bakı
Azərbaycan
Telefon
(+994) 12 448 28 62 / 66
Faks
(+994) 12 448 28 61 / 67
E-poçt

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF