Şəhidlərin xatirəsi daim əziz tutulacaq və ürəklərdə yaşayacaqdır
Bakı, 18 yanvar (AzərTAc). Yanvarın 18-də “Çağ” Öyrətim İşlətmələri
Şirkətinin nümayəndələri və şirkətin Azərbaycan-Türkiyə özəl
liseylərinin şagirdləri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı
və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən
övladlarının əziz xatirəsini ehtiramla anmış, məzarları üzərinə gül
dəstələri düzmüşlər.
“Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz AzərTAc-ın müxbirinə müsahibəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu tərəfindən Azərbaycanda törədilmiş dəhşətli faciə barədə fikirlərini bildirərək, o müdhiş gecənin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulamışdır.
O demişdir: Torpaq, Vətən yolunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi daim əziz tutulacaq və ürəklərdə yaşayacaqdır. Şəhidlər ölməzdirlər.
M.Kurnaz, eyni zamanda, sürətlə inkişaf edən Azərbaycanın nurlu sabahına böyük inamını ifadə etmişdir.