Beynəlxalq Türk Dili Olimpiadasının Sumqayıt şəhəri üzrə yekun mərhələsi keçirilib

 Sumqayıt Tarix Muzeyində XI Beynəlxalq Türk Dili Olimpiadasının Sumqayıt şəhəri üzrə yekun mərhələsi keçirilib. Sumqayıt Özəl Türk Liseyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Folklor Nəzəriyyəsi şöbəsinin müdiri dos. Ağaverdi Xəlilov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Əzəmət Rüstəmov, şair Əvəz Mahmud Lalədağ, Sumqayıt şəhər gənclər idman və turizm idarəsinin rəsisi Musa Həsənov və Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar və şagirdlərə uğurlar diləyiblər. 

Sonra şagirdlər olimpiadanın şeir və mahnı kateqoriyalarında ilk yerlər uğrunda mübarizə aparıblar. Münsiflər heyətinin qərarına əsasən mahnı kateqoriyası üzrə 1-ci yerə Sumqayıt şəhər 1 saylı orta məktəbin 8-ci sinif şagirdi Aytən Hacıyeva, 2-ci yerə şəhər 16 saylı orta məktəbin 8-ci sinif şagirdi Kərim Rəhmanov, şəhər 14 saylı orta məktəbin 9-cu sinif şagirdi Tural Əsədov isə 3-cü yerə layiq görülüblər. Şeir kateqoriyası üzrə “Təfəkkür” liseyinin 9-cu sinif şagirdi Fatimə Qurbanova 1-ci yeri, şəhər 29 saylı orta məktəbin 6-cı sinif şagirdi Firuzə Əliyeva 2-ci yeri, şəhər 32 saylı orta məktəbin 7-ci sinif şagirdi Fidan Babayeva isə 3-cü yeri tutublar. 

Tədbirin sonunda münsiflər heyətinin üzvlərinə və qalib şagirdlərə mükafatlar və sertifikatlar təqdim olunub. 








Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF