Gəncədə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin yekun mərhələsi keçirilib

Gəncə-Azərbaycan Türkiyə Özəl Liseyində Gəncə Şəhər Təhsil İdarəsinin, Gəncə “Araz” Kursları və Gəncə Azərbaycan –Türkiyə Özəl Liseyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə və Beynəlxalq Ana Dili gününə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Gəncə şəhəri üzrə mahnı və şeir kateqoriyalarının yekun mərhələsi keçirilib. Müsabiqədə Türkiyə Cümhuriyyətinin Gəncədəki Başkonsulu Haluk Ağca, Gəncə regional elm mərkəzinin direktoru akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Gəncə şəhər təhsil idarəsinin müdir müavini İsmayıl İsmayılov və liseyin müdiri Kenan Gözel çıxış edərək bu tədbirin dilimizin qorunmasında, təbliğ olunmasında və onun inkişaf etməsində əhəmiyyətindən ətraflı danışıblar və müsabiqə iştirakçısı olan şagirdlərə uğurlar arzulayıblar. 
Müsabiqədə hər kateqoriya üzrə 5 şagird iştirak edib. Münsiflər heyətinin qərarına əsasən şeir kateqoriyası üzrə Gəncə şəhər 4 saylı orta məktəbin şagirdi Fidan Məmmədova, mahnı kateqoriyası üzrə isə Gəncə şəhər 2 saylı musiqi məktəbinin şagirdi Günel Hacıyeva 1-ci yerlərə layiq görülüblər. 
Qalib şagirdlərə hədiyyələr və sertifikatlar təqdim olunub. Qeyd edək ki, müsabiqədə 1-ci  yerə çıxan şagirdlər fevral ayında Bakıda Heydər Əliyev adına Respublika sarayında təşkil ediləcək final müsabiqəsində Gəncə şəhərini təmsil edəcəklər. 
 






Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF