Qafqaz Universitetinin TEMPUS Proqramı çərçivəsində yeni layihəsinin açılış mərasimi keçirilib
28 January, 2013
Qafqaz Universitetində Avropa
İttifaqının TEMPUS Proqramı çərçivəsində universitetin qazanmış olduğu
“Kompyuter Bilikləri Sahəsində Milli Test Mərkəzlərinin” yaradılması
layihəsinin açılış mərasimi keçirilib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevinverdiyi məlumata görə, tədbirdə Qafqaz Universitetinin prorektoru professorCihan Bulud bildirib ki, bu layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsi iştirak edir.
Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində biliklərin artırılmasından və onların ölçülməsindən ibarətdir.
Bundan başqa, layihə çərçivəsində bu test mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiqi nəzərdə tutulub.
Üçillik müddəti olan layihə 2015-ci ilin oktyabr ayında başa çatacaq.
C.Bulud həmçinin qeyd edib ki, layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq.
Onun sözlərinə görə, bu, Qafqaz Universitetinin TEMPUS Proqramı çərçivəsində əldə etdiyi ən böyük layihədir.
Bundan başqa Qafqaz Universiteti 2008-ci ildən Avropa İttifaqının bir çox layihələrində də iştirak etməkdədir.
Hazırda sayı 6 olan bu layihələr universitetin beynəlxalq ictimaiyyətdə tanınmasında və dünya təcrübəsinin Azərbaycana gətirilməsində əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tədbir iki gün davam edəcək.
Mirvari Kamilqızı
Gün.Az
http://www.gun.az/social/62628