Tələbə gəncin sənət dünyası

26 January, 2013, Qafqaz Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək  olaraq qalmaqdadır. Bu öncüllük universitet tələbələrinin ayrılıqda hər birinin əldə etdiyi bilik, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallığı nəticəsində qazanılmışdır. 
Universitetin  Mədəniyyət  şöbəsinin nəzdində fəaliyyət göstərən Rəsm kursunun fəal üzvlərindən olan Eşqin Şükürov İqtisadiyyatın Hüquqi tənzimləməsi  bölümünün son kurs tələbəsidir. Dərsdən sonra asudə vaxtlarında  rəsm sənətinin sirlərini öyrənir. Eşqinin mənzərə janrnda böyük həvəs və məhəbbətlə  çəkdiyi  rəngarəng rəsmlər  universitetdə sərgilənir. Onun “Ümid”, “Sezgi”, Xocalı faciəsini əks etdirən “Ata və oğul”, həmrəylik mövzusunda “Gövdənin budaqları” əsərləri həm yaşıdlarını, həm də universiteti ziyarət edən qonaqların diqqətini çəkir. 
Rəsm dili təbiətdəki rənglərin homoniyasını özünəməxsus ifadə tərzi ilə birləşdirən gənc rəssam sənəti həyat tərzi adlandırır. Onun fərdi dəst-xətti, yaradıcılıq üslubu, orijinal yaradıcılıq axtarışları, təbiətdə gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir. 
“Onun əsərləri təkcə sənətsevərlər üçün deyil, rəssamlar üçün də maraqlıdır” söyləyən  kurs rəhbəri dr. Arzu Məmmədovanın tövsiyyələri ilə çoxsaylı uğurlara imza atan Eşqin Şükürovun yaradıcılıq qabiliyyəti universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək, ona noutbook hədiyyə edilmişdir. 
Semestr sonu imtahanlarda müvəffəqiyyət qazanan  Eşqin üçün bu hədiyyə ikiqat sevincə səbəb oldu. Bu diqqət və qayğıdan böyük qürur duyaraq yeni əsərlər yaratmağa ruhlandığını vurğuladı.
Eşqin Şükürova yeni yaradıcılıq uğurları və əsərlərini  dünya miqyasında nümayiş etdirməyi arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF