Mingəçevir Özəl Türk Liseyində Beynəlxalq Türkcə Olimpiadasının rayon mərhələsi keçirilib

Mingəçevir Özəl Türk Liseyində Beynəlxalq Türkcə Olimpiadasının rayon üzrə yekun mərhələsi keçirilib. Burada şagirdlər seir və mahnı kateqoriyalarında ilk yerlər uğrunda mübarizə aparıblar. 

Tədbirdə Mingəçevir Özəl Türk Liseyinin müdiri Həsən Həsənov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin baş məsləhətçisi Elşən Əliyev və Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Nailə xanım Məmmədova çıxış edərək müsabiqədə rayon məktəblilərinin fəal iştirak etməsindən, tədbirin əhəmiyyətindən danışıblar və şagirdlərə uğurlar arzulayıblar.

 Ziyalılardan ibarət münsiflər heyətinin qərarına əsasən mahnı kateqoriyası üzrə Mingəçevir şəhər Texniki və Humanitar liseyinin 9- cu sinif şagirdi Fəiqə Məmmədova, şeir kateqoriyası üzrə isə Mingəçevir şəhər Texniki və Humanitar liseyinin 9-cu sinif şagirdi Leyla Xudadanova 1-ci yerə layiq görülüblər. Tədbirin sonunda münsiflər heyətinin üzvlərinə və qalib şagirdlərə xatirə hədiyyələri və sertifikat təqdim olunub.

 










Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF