Qafqaz Universitetinin TEMPUS Proqramı çərşivəsində ən böyük layihəsi

29 January, 2013, Qafqaz Universitetində Avropa Birliyinin TEMPUS Proqramı çərşivəsində Universitetin qazanmış olduğu “Kompyuter Bilikləri Sahəsində Milli Test Mərkəzlərinin” yaradılması layihəsinin açılış mərasimi keçirilib.


525.az-ın məlumatına görə, tədbiri Qafqaz Universitetinin prorektoru professor Cihan Bulud açaraq bildirib ki, bu layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsi iştirak edir. C.Bulud həmçinin qeyd etdi ki, layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaqdır. Onun sözlərinə görə, bu, Qafqaz Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böüyk layihədir. Ancaq bundan başqa Qafqaz Universiteti 2008-ci ildən Avropa Birliyinin bir çox layihələrində də iştirak etməkdədir.

Hazırda bu layihələrin sayı 6-dır və bu layihələr universitetin beynəlxalq ictiamiyyətdə tanınmasında və dünya təcrübsinin Azərbaycana gətirilməsində əhəmiyyət kəsb edir.
Universitetin xarici əlaqələr üzrə prorektoru Sənur Əliyev Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də  iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsədin İKT sahəsində biliklərin artırılmasından və onların ölçülməsindən ibarət olduğunu deyib. Onun sözlərinə görə, bundan başqa, layihə çərçivəsində bu Test Mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiqi nəzərdə tutulub. O, üç illik  müddəti  olan layihənin 2015-ci ilin oktyabr ayında başa çatacağını söyləyib.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

S.QARAYEVA
http://525.az/site/?name=xeber&news_id=5102

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF