Qafqaz Universitetinin TEMPUS Proqramı çərşivəsində ən böyük layihəsi

28 January, 2013,   Qafqaz Universitetində Avropa Birliyinin TEMPUS Proqramı çərşivəsində Universitetin qazanmış olduğu “Kompyuter Bilikləri Sahəsində Milli Test Mərkəzlərinin” yaradılması layihəsinin açılış mərasimi keçirildi. Tədbiri  Qafqaz Universitetinin prorektoru professor Cihan Bulud açdı və bildirdi ki,  bu layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsi iştirak edir. Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də  iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində biliklərin artırılmasından və onların ölçülməsindən ibarətdir. Bundan başqa, layihə çərçivəsində bu Test Mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək  Azərbaycanda tətbiqi nəzərdə tutulmuşdur. Üç illik  müddəti  olan layihə 2015 ci ilin oktyabr ayında başa çatacaq.
C.Bulud həmçinin qeyd etdi ki, layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaqdır. Onun sözlərinə görə, bu, Qafqaz Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böüyk layihədir. Ancaq bundan başqa Qafqaz Universiteti 2008-ci ildən Avropa Birliyinin bir çox layihələrində də iştirak etməkdədir. Hazırda bu layihələrin sayı 6-dır və bu layihələr universitetin beynəlxalq ictiamiyyətdə tanınmasında və dünya təcrübsinin Azərbaycana gətirilməsində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.
                                                                                                

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde