Qafqaz Universitetinin dosenti Mehmet Rıhtım Türkiyənin Ülke Tv kanalında

Şənbə günü axşam Türkiyənin Ülke Tv kanalında Açıq Dəniz proqramında Türkiyə saatı ilə 22:15-də Qafqaz Universitetinin dosenti Mehmet Rıhtım Azərbaycan mütəfəkkiri, Seyid Yəhyanın əsas nümayəndələrindən olduğu və Osmanlı imperatorluğunun yüksəliş dövrlərində qarşıya çıxan Xəlvətiyyə sufi-fəlsəfi məktəbi və onun nümayəndələri haqqında danışdı. 
Nevada Universitetinin professoru John J. Curry ilə birlikdə qonaq olduğu bu proqram Mehmet Rıhtımın Açıq Dəniz proqramında ikinci çıxışı idi. Tanınmış yazar və aparıcı olan Sadık Yalsızuçanların hazırlayıb təqdim etdiyi və rejissorluğunu Ayhan Pala'nın həyata keçirdiyi bu dəfəki proqramda Camal Xəlvəti, Ömər Xəlvəti, Şeyx Şabanı Vəli, Ömər Fuad, Niyazi Misri kimi müdriklərin Osmanlı təsəvvüf həyatındakı izləri və təsirlərindən danışıldı. 
Mehmet Rıhtım Xəlvətiliyin ikinci piri olan Seyid Yəhya Bakuvinin Anadoluya təsiri, yetişdirdiyi tələbələr, yaşadığı dövrün siyasi mənzərəsindən, Türkiyə və Azərbaycanda Xəlvətiliklə bağlı aparılan araşdırmalardan bəhs etdi. John Curry də Xəlvətiliyin tarixi, Balkanlar və Misirdəki təsirindən bəhs etdi. Proqram tamaşaçılardan da gələn suallar əsasında səmimi bir şəraitdə keçdi.     

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF