Universitet-iş dünyası əməkdaşlığının və bilik olimpiadalarının iqtisadi əhəmiyyəti
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində son illərdə əldə edilən möhtəşəm inkişaf nəticəsində sənayə cəmiyyəti informasiya cəmiyyəti ilə əvəz olunub. Bu əvəzlənməyə paralel olaraq sənayedə istifadə olunan texnoloji anlayışlar fiziki güc olmaqdan çıxaraq beyin gücü olmağa başlayıb. Artıq beyin gücünə bağlı olan texnoloji inkişaf qlobal rəqabətin, ictimai rifahın açarı və əsas göstəricisi halına gəlib. Müasir dövrümüzdə bir ölkənin iqtisadi cəhətdən inkişaf etməsi (və ya hər hansı bir şirkətin bazardakı payının və gəlir səviyyəsinin artması), şübhəsiz ki, həmin ölkədə (və ya şirkətdə) geniş informasiyaya malik yüksək səviyyədə təhsil almış və texnologiya istehsal edə bilən işçi qüvvəsi sayəsində mümkündür. Bu baxımdan əmək, sərmayə, təbii sərvət, təşəbbüskarlıq kimi sıralanan istehsal faktorlarına elm və texnologiyanı da əlavə etmək lazımdır. Ona görə də Azərbaycan qloballaşan dünyada yalnız neft və qazdan ibarət enerji sektorundan asılı qalmayaraq iqtisadiyyatın digər sahələrini də inkişaf etdirməli, onun müntəzəmliliyinə nail olmaq, eləcə də qlobal rəqabətə davam gətirə bilmək üçün yeni texnologiyaları gənc nəsillərə aşılamalıdır. Bunun üçün başda sənayə müəssisələri olmaqla bütövlükdə iş dünyası araşdırma fəaliyyətlərinə ciddi əhəmiyyət verməlidir. Bu baxımdan universitet-iş dünyası əməkdaşlığı açar rolunu oynayır.Ölkə və şirkət olaraq iqtisadi hədəflərə çatmaq, yeni məlumatlar əldə etmək, bu məlumatları texnologiya istehsalına çevirmək üçün universitet və iş dünyası arasındakı əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Elm və texnologiyanın istehsal prosesindəki əhəmiyyətinin hər keçən gün daha da artması, universitet və iş dünyası arasında daha yaxın əməkdaşlıq qurmağa təşviq edir. İnkişaf etmiş ölkələrin ən əsas xüsusiyyətlərindən biri universitet və iş dünyası arasında güclü və yüksək səviyyədə əməkdaşlığın olmasıdır. Universitet-iş dünyası münasibətləri məsələsi 1860-cı illərdən bəri başda ABŞ olmaqla inkişaf etməkdə olan ölkələrdə diqqətə alınmaqdadır. ”Universitet-iş dünyası əməkdaşlığı”nda ifadə edilmək istənilən məna budur: universitetlərdə toplanan nəzəri-elmi biliklər və kamilləşən insan potensialı ilə iş dünyasının mövcud təcrübəsi, maddi gücünün bir sistem çərçivəsində birləşdirilməsi nəticəsində ortaya çıxan elmi, texniki, eyni zamanda iqtisadi fəaliyyətlər.Azərbaycanda Qafqaz Universiteti buna ən yaxşı nümunədir. Belə ki, bu universitet bir tərəfdən keyfiyyətli təlim-tərbiyə sistemi ilə iş dünyasının ehtiyac duyduğu kadrların yetişdirilməsinə, digər tərəfdən, iş dünyasına istiqamətlənmiş seminar, məşğələ və başqa işgüzar fəaliyyətlərlə əsaslandırılmış nəzəri biliklərin toplanması və bu məlumatları müasir texnologiya ilə bilrləşdirməyə ciddi əhəmiyyət verir. Bu hədəfə çatmaq üçün Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq “Qafqaz”da iş dünyası üzrə prorektorluq vəzifəsi təsis edilib. Universitetdə bu çərçivədə Daimi İnkişaf, Karyera Planlama və İşə Düzəltmə mərkəzləri fəaliyyət göstərir. “Qafqaz”ın bu istiqamətdə gördüyü işlər və qurduğu idari struktur, təşkil etdiyi mərkəzləri ilə ölkədəki digər universitetlər üçün nümunə olmaqdadır. “Qafqaz” ın məzunlarına olan rəğbətə, onların işlə təmin edilmə nisbətinə və universitetin şirkətlərlə işgüzar əməkdaşlığına nəzər salsaq görərik ki, bu təhsil ocağı Azərbaycan iqtisadiyyatının inkişafı üçün önəmli meyar olan insan resurslarının təmin edilməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Azərbaycanın iş dünyasında artıq tanınmağa başlayan iş dünyası ilə əlaqədar mərkəzlərin fəaliyyət sahələrindən bəziləri bunlardır: seminar, kurs, məsləhət (konsultasiya), layihə xidmətləri, işçi təmini, tələbə və məzunlara karyera planlama fəlsəfəsi qazandırmaq, tələbələrə şirkətlərdə təcrübə keçmək imkanı vermək, məzun olacaq tələbələrin düzgün iş sahəsi seçmələri üçün onları istiqamətəndirmək, şirkətlərlə birbaşa əlaqə saxlayaraq məzunları işlə təmin etmək.İş dünyası ilə əlaqədər mərkəzlər fəaliyyətlərini yerinə yetirmək üçün muxtəlif proqramlar təşkil edirlər. Bu proqramlardan daha çox fərqlənənləri də diqqətinizə çatdırırıq: seminar və kursların, əmək sərgilərinin təşkili, karyera günləri, şirkət ziyarətləri, şirkətlərlə əməkdaşlıq protokolunun imzalanması, “İş Dünyası” adlı bülletenin çapı, Azərbaycandakı şirkət və qurumlarla yanaşı, başda Türkiyə olmaqla xarici ölkələrdə tələbələr üçün təcrübə proqramlarını həyata keçirilməsi.
Elmi olimpiadaların iqtisadi önəmi
Bir ölkənin iqtisadi yöndən inkişaf etməsi və bu inkişafın müntəzəmliliyini qoruya bilməsi, eləcə də dünya bazarında rəqabətə dözümlülüyü üçün təhsilin “ibtidai” və “orta” mərhələlərində gerçəkləşdirilən fənn olimpiadaları da xüsusi əhəmiyyətə malikdir. Bu, həm də universitet-iş dünyası əməkdaşlığına zəmin hazırlayır. Belə olimpiadaların iqtisadiyyata göstərdiyi müsbət təsirə gəlincə isə bunları sadalamaq mümkündür: gənc nəslə kiçik yaşlardan araşdırma və istehsal etmə ruhu aşılayır; qrup halında çalışmaq qabiliyyətini formalaşdırır; dünyada mövcud olan təbii qaynaqların məhdud olduğunu və onlardan həssaslıqla istifadə etməyin zəruriliyini başa salır. Bundan başqa, beynəlxalq səviyyələrdə təşkil edilən olimpiadalar sayəsində gənc nəsil daha qlobal düşüncə tərzi əldə edir, dünyada mövcud olan problemlərlə və onların həlli yolları ilə daha yaxından tanış olurlar. Olimpiadalarda iştirak edən şagirdlərin fundamental elmlərə maraqlarının artması da önəmlidir.Orta məktəblərdə yuxarıda sadaladığım formada yetişən gənc nəsillər universitet-iş dünyası əməkdaşlığına daha hazır halda gəlirlər. Bu isə həm ali məktəblərdə təhsil səviyyəsinin yüksəlməsinə, həm də universitet-iş dünyası əməkdaşlığının daha səmərəliliyinə səbəb olur. Nəticədə, ölkə iqtisadiyyatının inkişafı istiqamətində çalışan “beyin gücü” təşəkkül edir. Bu baxımdan “Çağ” Öyrətim Şirkəti tərəfindən Azərbaycanda beynəlxalq olimpiadaların təşkili, eləcə də bu şirkətin liseylərində təhsil alan şagirdlərin dünyanın fərqli ölkələrində keçirilən bilik yarışlarında iştirakları təqdirəlayiqdir.
Dr. Osman Nuri Aras
Qafqaz Universitetinin iş dünyası ilə münasibətlər üzrə prorektoru
www.zaman.az