Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan elmi və təhsilinin qayğıkeşi” mövzusunda tədbir keçiriləcək

Aprelin 23-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş seminar keçiriləcək. “Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan elmi və təhsilinin qayğıkeşi” mövzusunda keçiriləcək tədbirdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun məruzə edəcəyi nəzərdə tutulub. Tədbirdə Təhsil Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası (YAP) və ölkədə fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarının rəhbər şəxsləri iştirak edəcək. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər.
www.azadinform.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır