Muxtar Əfəndizadə liseydə yad olundu
Fəridə xanm Əfəndiyeva öz çıxışında atasının əsrin əvvəllərində Ağdaşdakı maarifçilik fəaliyyətindən söz açıb.
Ağdaş Özəl Türk Liseyində Zaqafqaziyada, Krımda, Türkiyədə Muxtar Əfəndi kimi tanınan Muxtar Əfəndizadənin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Tədbirdə Muxtar Əfəndizadənin qızı Fəridə Əfəndiyeva da iştirak edib. Fəridə xanm Əfəndiyeva öz çıxışında atasının əsrin əvvəllərində Ağdaşdakı maarifçilik fəaliyyətindən söz açıb. Ağdaşda “Nəşri-Maarif” cəmiyyətinin, “Darülirfan” oğlanlar, “Səadət” adlı qız məktəblərinin, qiraətxana və teatrın məhz Muxtar Əfəndizadənin səyləri nəticəsində təşkil olunduğunu vurğulayan Fəridə xanım eyni zamanda atasının ərəb və fars dillərini mükəmməl bildiyini qeyd edib: “O, İsgəndər Münşinin “Tarixi-aləmi-arayı-Abbası” (farscadan), İbn əl Əsirin “Əl-Kamil fi-t-tarix” (ərəb), Mirxond “Rövzət-Üs-səfa” (fars), “Gülüstan” əsərlərini dilimizə tərcümə edib”. Onun sözlərinə görə, Azərbaycanın, demək olar ki, bütün gənc şərqşünasları, eləcə də nüfuzlu din xadimləri çətinliyə düşdükdə Muxtar müəllimlə məsləhələşirdilər: “Muxtar Əfəndizadə ilk dəfə əlyazma şəklində “Oxu” adlı dini kitab yazıb. 1911-ci ildə nəşr olunan “Şaraye-ül-islam” adı ilə nəşr olunan bu kitab aşağı siniflər üçün ilk dərslikdir. 1947-ci “Lüftan-ül-lisan” ül ərəb” (”Ərəb dilinin açarı”) adlı kitabı “Azərnəşr”də çap edilib. Bu kitab şərqşünaslıq sahəsində ilk kitab idi”. Daha sonra liseyin Azərbaycan və ədəbiyyat müəllimi Sədrəddin Hüseynov Ağalı Ağayevin “Muxtar əfəndi” adlı kitabı haqqında liseyin şagird və müəllim kollektivinə məlumat verib. Qeyd edək ki, ömrünü sırf maarifçilik sahəsinə həsr etmiş Muxtar Əfəndizadə 1975-ci ildə dünyasını dəyişib və vəsiyyəti ilə Ağdaş rayonunun Şəmsabad kəndində dəfn edilib.

Babək Əsgər/Ağdaş
http://www.zaman.az/