AZƏRBAYCAN İLƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI ARASINDA TƏHSİL ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları Troy Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinin dekanı Don Hinesi və universitetin beynəlxalq proqramlar üzrə direktoru Filip Lyon ilə görüşmüşdür. Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdikləri görüşdə nazir Azərbaycan ilə ABŞ arasında müxtəlif proqramlar çərçivəsində geniş əməkdaşlıq əlaqələrinin olduğunu bildirmişdir. Nazir yüksək intellektə malik insan kapitalının formalaşmasında, güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin mühüm rolu olduğunu qeyd edərək, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirildiyini söyləmişdir. O, həmçinin, Qafqaz Universitetində qazanılan uğurları diqqətə çatdırmışdır. Troy Universitetinin Cənubi Qafqazda əməkdaşlıq edəcəyi ilk ali məktəbin Qafqaz Universiteti olduğunu deyən Don Hines təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Sonra Qafqaz Universitetinin rektoru Ə. Saniç və Troy Universitetinin dekanı D. Hines beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanması üzrə qarşılıqlı əməkdaşlığa dair anlaşma sənədini imzalamışlar. Müqaviləyə görə, Qafqaz Universitetinin bir qrup tələbəsi sonuncu 2 ili ABŞ-da təhsil alacaqdır. Bu qayda amerikalı tələbələrə də şamil olunacaqdır. Proqramı başa vurmuş tələbələrə hər iki universitetin biznes bakalavrı dərəcəsi veriləcəkdir.
www.azertag.com/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF