Qafqaz Universitetində Heydər Əliyevin 85 illik yubileyi münasibətilə seminar keçirilib


Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Azərbaycan xalqı H.Əliyevin sayəsində və bilavasitə rəhbərliyi altında tarixin ən sərt sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini, müstəqil ölkədə yaşamaq, özünü idarə etmək haqqını qorumağı bacarıb. Onun sözlərinə görə, ulu öndər tərəfindən göstərilən qayğı nəticəsində Azərbaycanda yüksək intellektli gənc nəsil formalaşıb: "Bu gün ölkədə gənclərin standartlara uyğun səviyyədə təhsil alıb lazımi biliklərə yiyələnməsi üçün dövlət tərəfindən lazımi qayğı göstərilir. Gənclərə qayğı ənənəsinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İlham Əliyev isə bu gün bu ənənəni uğurla davam etdirir". Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə çıxışı zamanı seminar iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqda geniş məlumat verib.
S.QARAYEVA


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF