Faruk Çelik: “Əməkdaşlığımız bizi bölgədə böyük gücə çevirəcək”
"Ölkələrimiz arasında mövcud olan əlaqələri genişləndirməyi və müxtəlif sahələrdə təcrübə mübadiləsini sürətləndirməyi planlaşdırırıq".
Qafqaz Universitetini ziyarət edən Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik: ”Qafqaz Universiteti çox mükəmməl bir təhsil ocağıdır. Universitetin qurulmasında, fəaliyyət göstərməsində mərhum Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin böyük dəstəyinin olduğunu bilirik. Elm və təhsil sahəsində əldə olunan bu uğurlar gələcəkdə türk dünyasının elmlə, təhsillə, ixtiralarla gündəmə gəlməsinə rəvac verəcək”,- deyib. “Ölkələrimiz arasında mövcud olan əlaqələri genişləndirməyi və müxtəlif sahələrdə təcrübə mübadiləsini sürətləndirməyi planlaşdırırıq. Bir-birimizin təcrübəsini öyrənməklə inkişaf sürətini daha da artıracağıq və bölgədə böyük gücə çevriləcəyik”. Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Faruk Çelik Qafqaz Universitetini ziyarət edərkən deyib. O, Azərbaycana ilk dəfə gəldiyini və ölkədə şahidi olduğu inkişafa görə böyük məmnunluq duyduğunu bildirib. Universiteti gəzən türkiyəli nazir auditoriyalar, dərs rejimi və müasir dərs vəsaitləri ilə tanış olub. Ali məktəbin imkanlarını yüksək dəyərləndirən Faruk Çelik Qafqaz Universitetinin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının gələcəyində önəmli rol oynadığını deyib: “Qafqaz Universiteti çox mükəmməl bir təhsil ocağıdır. Universitetin qurulmasında, fəaliyyət göstərməsində mərhum Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin böyük dəstəyinin olduğunu bilirik. Bu dəstək nəticəsində həm Azərbaycandan, həm Türkiyədən, həm də dünyanın digər ölkələrindən olan tələbələr müasir tələblərə uyğun təhsil alır, tədris vasitələrindən istifadə edirlər. Elm və təhsil sahəsində əldə olunan bu uğurlar gələcəkdə türk dünyasının elmlə, təhsillə, ixtiralarla göndəmə gəlməsinə rəvac verəcək”.Qeyd edək ki, nazir Faruk Çelik srağagün ölkəmizdə çalışan türkiyəli iş adamları ilə də görüşüb. Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən tədbirdə nazir iş adamlarını maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib: “Bütün görüşlərimdə ölkələrarası əməkdaşlığın genişləndirilməsi yolları və burada türkiyəli iş adamlarına daha böyük imkanlar yaradılması məsələləri müzakirə edilib. İnanıram ki, yaxın gələcəkdə bunun faydasını hiss edəcəyik”.
Anar HacıQafqaz Universitetini ziyarət edən Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik: ”Qafqaz Universiteti çox mükəmməl bir təhsil ocağıdır. Universitetin qurulmasında, fəaliyyət göstərməsində mərhum Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin böyük dəstəyinin olduğunu bilirik. Elm və təhsil sahəsində əldə olunan bu uğurlar gələcəkdə türk dünyasının elmlə, təhsillə, ixtiralarla gündəmə gəlməsinə rəvac verəcək”,- deyib. “Ölkələrimiz arasında mövcud olan əlaqələri genişləndirməyi və müxtəlif sahələrdə təcrübə mübadiləsini sürətləndirməyi planlaşdırırıq. Bir-birimizin təcrübəsini öyrənməklə inkişaf sürətini daha da artıracağıq və bölgədə böyük gücə çevriləcəyik”. Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Faruk Çelik Qafqaz Universitetini ziyarət edərkən deyib. O, Azərbaycana ilk dəfə gəldiyini və ölkədə şahidi olduğu inkişafa görə böyük məmnunluq duyduğunu bildirib. Universiteti gəzən türkiyəli nazir auditoriyalar, dərs rejimi və müasir dərs vəsaitləri ilə tanış olub. Ali məktəbin imkanlarını yüksək dəyərləndirən Faruk Çelik Qafqaz Universitetinin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının gələcəyində önəmli rol oynadığını deyib: “Qafqaz Universiteti çox mükəmməl bir təhsil ocağıdır. Universitetin qurulmasında, fəaliyyət göstərməsində mərhum Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin böyük dəstəyinin olduğunu bilirik. Bu dəstək nəticəsində həm Azərbaycandan, həm Türkiyədən, həm də dünyanın digər ölkələrindən olan tələbələr müasir tələblərə uyğun təhsil alır, tədris vasitələrindən istifadə edirlər. Elm və təhsil sahəsində əldə olunan bu uğurlar gələcəkdə türk dünyasının elmlə, təhsillə, ixtiralarla göndəmə gəlməsinə rəvac verəcək”.Qeyd edək ki, nazir Faruk Çelik srağagün ölkəmizdə çalışan türkiyəli iş adamları ilə də görüşüb. Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən tədbirdə nazir iş adamlarını maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib: “Bütün görüşlərimdə ölkələrarası əməkdaşlığın genişləndirilməsi yolları və burada türkiyəli iş adamlarına daha böyük imkanlar yaradılması məsələləri müzakirə edilib. İnanıram ki, yaxın gələcəkdə bunun faydasını hiss edəcəyik”.
www.zaman.az