İNEPO gənc ekoloqları Bakıda birləşdirdi

Ekologiya və təbiəti mühafizə problemlərini araşdıran və onlardan çıxış yollarına həsr edilmiş II Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO-EUROASİA) sona çatdı. Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 85-ci il dönümünə həsr olunmuş “Xalqımızın İlham Mənbəyi” lövhəsinin təqdimatı, dünyanın dörd bir yanından gələn məktəblilərin vətənlərindən gətirdikləri bir ovuc torpaqla “Dostluq Ağacı”nıəkmələri, qaliblərin sevinc görüntüləri, doğma dilimizdə Azərbaycana təşəkkür etmələri, tədbirin İctimai Televiziya vəsitəsilə dünyanın 100-dən artıq ölkəsinə canlı yayımlanması qapanış mərasiminin yaddaqalan məqamlarından oldu.
Olimpiadanın bağlanış mərasimi Umummilli lider Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Azərbaycan Dövlət Flarmoniyasının rəqs ansamblının rəngarəng çıxışı isə dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqların zövqünü oxşadı. Daha sonra söz olimpiadanın təşkilat komitəsinin sədri, “Çağ” Öyrətim Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önala verildi. O, olimpiadada 30 xarici ölkədən 120-dən çox şagirdin iştirak etdiyini, azərbaycanlı şagirdlərin hazırladığı layihələrlə birlikdə 78 layihənin yarışdığını söylədi. Baş İdarə rəisi: “Layihələrin dəqiq qiymətləndirilməsi üçün yarışmada xaricdən 4 professor, 4 elmlər doktoru, 2 dosent, Azərbaycandan isə 2 professor və 4 elmlər doktoru iştirak ediblər. Bundan başqa, fərqli kateqoriyalarda 38 nəfərdən ibarət münsiflər heyəti fəaliyyət göstərib. Fizika, kimya, biologiya və ictimai fənlərdən 4 fərqli kateqoriyada qiymətləndirilmə aparılıb”, - dedi. Yarışmada respublikamızın 18 fərqli rayonundan 36 layihənin iştirak etdiyini və bunların arasında kənd məktəblərinin də olduğunu xüsusi vurğulayan Adəm Önal: “Əslində bu olimpiadada uduzan yoxdur. Məktəblilər qlobal bir problem kimi qarşımıza çıxanətraf mühitin çirklənməsinin qarşısının alınması istiqamətində öz fikirlərini - layihələrini irəli sürüblər və bunlar hamısı təqdirəlayiq layihələrdir”, - söylədi. Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci il dönümünə həsr olunmuş “Xalqımızın ilham mənbəyi” lövhəsinin təqdimatı ilə davam etdirildi. Ardınca isə dostluq, qardaşlıq, birlik rəmzi olan zeytun ağacıəkildi. Əlifba sırası ilə dünyanın müxtəlif bölgələrindən - Albaniya, ABŞ, Bolqarıstan, Burkina Faso, Əfqanıstan, Filippin, Gürcüstan, İndoneziya, İraq, Kosta-Rika, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Meksika, Moldova, Nigeriya, Niger, Pakistan, Rumıniya, Slovakiya, Sudan, Şimali Kipr Türk Cumhuriyyəti, Tacikistan, Tatarıstan, Tayvan, Türkiyə, Türkmənistan və Ukraynadan gətirilmiş torpaq “Dostluq Ağacı”nın dibində birləşdi. Layihə qaliblərinin mükafatlandırılmasından öncə sərgidə nümayiş etdirilən və münsiflər heyətinin, tamaşaçıların rəğbətini qazanan rəsməsərlərini müəllifləri təltif olundu. Daha sonra müxtəlif fənnlər üzrə qalib olanların mükafatlandırılmasına start verildi. Ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, yüksək vəzifəli dövlət məmurları qaliblərə diplom və hədiyyələr təqdim etdilər.
Təhsil naziri Misir Mərdanov Azərbaycan təhsilinin ekologiya sahəsində yeni-yeni inkişaf etdiyini və bu inkişafda türk liseylərinin xüsusi rol oynadığını vurğuladı: “Bu gün çox möhtəşəm tədbirin şahidi olduq. Əlbətdə bu tədbirin keçirilməsindəəsas ağırlıq “Çağ” Öyrətim Şirkətinin üzərinə düşüb. Ona görə də ilk növbədə bu şirkətin rəhbərliyinə, Ənvər Özərənə və onun heyətinə təşəkkürümü bildirirəm. Tədbirin bütün xərclərini öz üzərinə götürmüş Dövlət Neft Şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, tədbirin dünyanın 100-dən artıq ölkəsində yayımlanmasını təşkil edən İctimai Televiziyayanın rəhbərliklərinə minnətdarlığımı bildirirəm. Tədbiri keçirməyə hazırlaşarkən qərara gəlmişdik ki, olimpiadanı ümummilli liderimiz Heydər Əliyevin 85 illiyinə həsr edək. Çox sevinirəm ki, buna nail olduq. Bu olimpiada Azərbaycan üçün yeni anlamda tədbirdir. Etiraf edək ki, bizim daha öncə ekologiya,ətraf mühit və onun mühafizə olunması sahəsində geniş anlayışımız yox idi. Amma indi bu barədə anlayışımız var və ikinci dəfədir ki, belə olimpiada keçiririk”.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç olimpiadanın hər il keçirilməsini arzuladığını bildirdi: “Belə mənalı gündə aranızda olduğum üçün çox şadam. Ətraf mühitin və ekologiyanın çirklənməsi günümüzünən qlobal problemlərindəndir. Sözügedən problemlər insanlığın gələcəyini təhlükə altına alıb. İqlimlərin dəyişməsi səbəbindən dünyamız getdikcə isinməkdə və səhralaşmaqdadır. Bu qədər önəmli və ciddi problemlərə diqqət çəkən tədbirinərsəyə gətirilməsindəəməyi olan hər kəsə, xüsusilə olimpiadanın keçirilməsi ideyasının sahibinə, təşkilatçılara təşəkkürümü bildirirəm. Bu olimpiada Azərbaycanımızı dünya ilə birləşdirir, onu beynəlxalq aləmdə tanıdır. Olimpiadanın hər il təşkil olunmasını arzulayıram”.
”Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən olimpiadanın Azərbaycanın tanıdılmasındakı rolundan bəhs etdi: “Qloballaşan dünyada artıq hər şeydən birlikdə istifadə edirik. İnternetlə bütün dünyaya bağlıyıq. Qarşımıza çıxan problemlər gənc nəslin təhsil alması,ətraf mühit anlayışının gənc nəsillərdə formalaşdırılması ilə daha effektiv həll oluna bilər. Belə tədbirlər gənclərin bu istiqamətdə yetişdirilməsini, onların gələcəyə hazırlanmasını təmin edir. Bundan öncəki illəri və on il öncəki qəzet manşetlərini yəqinki xatırlayırsınız. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə “Əsrin Müqaviləsi”ni imzalamasından sonra qəzet başlıqlarında bu ifadəyə rast gəlirdik: Qafqazın yüksələn ulduzu Azərbaycan. Amma hazırda bu ifadəninəhatə dairəsi daha da genişlənib. 30 ölkəyə ev sahibliyi edən, beynəlxalq olimpiada keçirən Azərbaycan sadəcə Qafqazın deyil, dünyanın yüksələn ulduzu olmaq istiqamətində sürətlə irəliləyir. Burada ölkələrini təmsil edən gənclər sadəcə layihələrini sərgiləyərək ölkəmizdən ayrılmırlar. Onların hər biri Azərbaycanın tarixini, mədəniyyətini gördülər. Müxtəlif yerləri gəzdilər, ailələrə qonaq oldular. Azərbaycan insanının insanpərvərliyini, onlardakıənənələri gördülər. Onlar ölkələrinə döndükləri zaman müxtəlif rəsmi şəxslərlə görüşəcəklər, televiziya kanallarının qonağı olacaqlar. Bu gənclər hər çıxışlarında, söhbətlərində Azərbaycanın qonaqpərvəriyindən və reallıqlarından bəhs edəcəklər”.
İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov olimpiadanı təhsil bayramı adlandırdı: “Bu günkü tədbirin çox böyük özəllikləri var. Hər şeydən öncə çox fərəhli haldır ki, olimpiada ümummilli liderimiz Heydər Əliyevin yubileyiərəfəsində keçirilir. Heç kəsə sirr deyil ki, hazırkı narahat dünyamızın qlobal problemlərindən biriətraf mühitin qorunmasıdır. Sözügedən problemlə bağlı dünyanın 30-dan çox ölkəsindən nümayəndə heyətini Bakıya gəlməsi, öz ideyaları ilə çıxış etməsi, fikrimcə, dünyanın harayıdır, çağırışıdır. Çox yaxşı haldır ki, bu çağırış gənclər tərəfindən həyata keçirilir. O gənclər ki, gələcək dünyamızın tərəqqisində, inkişafında fikir daşıyıcılarıdır, söz sahibləridir. Qarşımızda canlanan mənzərənin digər gözəl tərəfi tədbirin dünyaya tolerantlıq nümunəsi olan Azərbaycanda keçirilir”.
YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov bütövlükdə Azərbaycana təşəkkür etdi: “Minnətdarlıq bildirilməli bir obyekt qaldı ki, bu da Azərbaycandır. Yaşasın Azərbaycan ki, onun torpağında belə birəzəmətli tədbir keçirilir. İnanıram ki, bütün iştirakçılar ölkəmizdən Azərbaycan məhəbbəti ilə ayrılırlar və uzun müddət bu sevgini ürəklərində daşıyacaqlar”.
Millət vəkili Aydın Mirzəzadə: “Ən böyük arzum mənim də təltif olunanların arasında yer almağım olardı. Amma çox təəssüf ki, artıq o yaşım keçib. Çox gözəl və möhtəşəm tədbir alındı. Bu dünyanın təhsilə diqqət yetirməsini vurğulayan bir məqamdır. Eyni zamanda bu Azərbaycanın dünyaya - dünya təhsilinə, dünya mədəniyyətinə verdiyi bir töhfədir”.
Anar Hacı

www.zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF