Qafqaz Universiteti ilə ABŞ-ın Troy Universiteti arasında müqavilə bağlanacaq
Yaxın gələcəkdə Qafqaz Universiteti ilə ABŞ-ın Troy Universiteti arasında beynəlxalq proqramlar əsasında biznesin təşkili və idarə olunması, həmçinin iqtisadiyyat sahəsində kadrların hazırlanması üçün müqavilə bağlanacaq. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər. Məlumatda əməkdaşlıq çərçivəsində təhsil alan tələbələrə hər iki universitetin tanıdığı diplomun veriləcəyi bildirilib. Hər iki universitet tərəfindən tələbələrə veriləcək bu diplomun dünyanın bir çox ölkəsində qəbul ediləcəyi və sözügedən hüquqi sənədin hər hansı bir xarici dövlətdə müvafiq ixtisas üzrə işləməyə əsas verəcəyi razılaşdırılıb.
www.azadinform.az