Naxçıvan Dövlət Universiteti "Qafqaz" Universiteti ilə birgə konfrans keçirdi
Boloniya prosesinə qoşulmaqla bağlı faydalı təcrübə mübadiləsi aparıldı
Dekabrın 15-də "Qafqaz" Universitetinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qafqaz" Universiteti və Naxçıvan Dövlət Universiteti ilə birgə təşkil etdiyi "Boloniya prosesi kontekstində Azərbaycan təhsili" mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransa dəvət olunmuş qonaqlar - respublikamızda fəaliyyət göstərən ali məktəblərin rəhbərləri, Naxçıvandan gəlmiş nümayəndə heyətinin üzvləri "Qafqaz" Universitetinin akt zalında yerlərini tutduqdan sonra konfrans öz işinə başladı. Mərasim iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Universitetinin keçdiyi şərəfli yolu, qazandığı uğurları əks etdirən videosüjetə tamaşa etdilər. Süjetdə ulu öndər Heydər Əliyevin universitetdə olarkən çıxışına, ölkə Prezidenti İlham Əliyevin universitetin 40 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi fərmanı, Naxçıvan MR Ali Sovetinin sədri Vasif Talıbovun universitetə göstərdiyi qayğıdan söhbət açıldı.
Bundan sonra ilk söz "Qafqaz" Universitetinin rektoru, professor Ahmet Saniçə verildi. O, konfrans iştirakçılarını salamladıqdan sonra bildirdi ki, bu-günkü konfransın məqsədi Naxçıvan Dövlət Universiteti ilə "Qafqaz" Universitetində neçə illər Boloniya sistemi üzrə qazandığımız təcrübəni öyrənməkdən ibarətdir. Bu sistemin üstünlüklərindən bəhs edən rektor onu da bildirdi ki, tələbə mobilliyini asanlaşdırmaq və tələbələrin xaricdə aldıqları təhsilin öz ölkələrində tanınmasına nail olmaq üçün Avropa Birliyi tərəfindən Avropa Kredit Transfer Sistemi (ECTS) yaradılmışdır. Avropa Kredit Transfer Sistemi (ECTS/AKTS) bir akademik tanıma sistemi olub əsas məqsədi müxtəlif ölkələrin təhsil müəssisələrində oxuyan tələbələrin aldıqları təhsilin nəticələrinin tam və ədalətli şəkildə müvafiq orqanlar tərəfindən qarşılıqlı olaraq tanıtmasını təmin etməkdir.
Sonra söz Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımova verildi. Elmar müəllim konfrans iştirakçılarını təhsil naziri Misir Mərdanovun adından salamladı. Bu konfransın Azərbaycanın təhsil sisteminə kömək edəcəyindən, Avropa birləşmiş dövlətlərinin birgə fəaliyyət göstərərək vahid təhsil sistemi yaratmasının üstün cəhətlərindən, Boloniya sisteminin yaranma tarixindən, bu sistemin ölkəmizin ali məktəblərində - "Qafqaz", "Xəzər" və Azərbaycan Dillər universitetlərində həyata keçirilməsindən söhbət açdı. "Qafqaz" Universitetinin isə bu sistemin öyrənilməsində baza rolunu oynamasını qeyd etdi. Naxçıvan Dövlət Universitetinin də bu sistemi öyrənib təkmilləşdirməsi təqdirəlayiq haldır, - deyən nazir müavini bu sistemin çətin bir proses olduğunu, amma Boloniya sisteminə keçməyin üstünlükləri ilə təhsil sistemimizin Avropaya inteqrasiya etməsi, diplomlarımızın xaricdə tanınmasının bizim üçün çox önəmli olduğunu bildirdi. Elmar müəllim onu da qeyd etdi ki, bu sahədə xeyli iş görülsə də, hələ bu proses yetərincə həllini tapmayıb. Ali məktəblərin elmi şuralarında bu sahədə iş aparılmalıdır.
Nazir müavini dedi ki, ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq xarici ölkələrə oxumağa göndərilən tələbələrin sayı gələn il iki dəfə artırılacaq.
Elmar müəllim çıxışının sonunda "Qafqaz" və Naxçıvan Dövlət universitetlərinin təcrübə mübadiləsini yüksək qiymətləndirdi və konfransın işində onlara uğurlar arzuladı.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həibbəyli Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun salamlarını mərasimdə iştirak edən təhsil işçilərinə çatdırdı. çıxışına davam edən rektor Boloniya sistemində "Qafqaz" Universitetinin yüksək təcrübəsini öyrənmək təkliflərini dəstəkləyən təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirdi. "Boloniya prosesi ali məktəbin inkişafında yeni mərhələ kimi" mövzusunda çıxış edən İsa müəllim sonra dedi:
- Biz Naxçıvandan Bakıya 18 nəfər nümayəndə heyəti ilə gəlmişik. Dünən ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, "Qafqaz" Universitetinə gələrək burada onların Boloniya sistemi sahəsində əldə etdikləri təcrübəni həm nəzəri, həm təcrübi, həm də fərdi qaydada öyrəndik. Bütün bunlar bizim üçün çox faydalı oldu. Təsəvvür edin, bu sistemi öyrənmək üçün biz bu qədər nümayəndə heyəti ilə hər hansı bir xarici ölkədə fəaliyyət göstərən universitetlərdən birinə getsəydik, bizə nə qədər maliyyə vəsaiti lazım idi. Amma Bakıda fəaliyyət göstərən "Qafqaz" Universiteti bu sahədə nəinki bizim üçün, ölkəmizdə fəaliyyət göstərən bütün universitetlər üçün baza rolunu oynaya bilər. Burada bizə yüksək qonaqpərvərlik göstərən "Qafqaz" Universitetinin rektoru Ahmet Saniçə öz dərin təşəkkürümüzü bildirdik. Bu günün tarixini yaşatmaq üçün ona Naxçıvandakı "Haça dağ"ın görünüşünü əks etdirən tablonu təqdim edirəm.
İsa müəllim çıxışının sonunda "Qafqaz" Universitetinin bütün təhsil işçilərinə işlərində uğurlar dilədi.
Daha sonra "Qafqaz" Universitetinin prorektoru, professor Niftalı Qocayevin sədrliyi ilə I bölmədə çıxışlar başlandı. Dosent əvəzi Məmmədəli Babaşlı - "Kreditli təhsil sistemi və tətbiqi", dosent Hüseyn Həşimli "Naxçıvan Dövlət Universitetində Boloniya prosesinə keçid üçün aparılan işlər və qarşıda duran vəzifələr", Mustafa Akdağ - ECTS "Kreditlərin köçürülməsi üzrə Avropa sistemi və onun mahiyyəti" mövzusunda çıxışlar etdilər.
Bu bölmənin sonunda konfrans iştirakçılarının mövzular ətrafındakı suallarını çıxış edən müəllimlər cavablandırdılar.
Həmin gün fasilədən sonra Naxçıvan Dövlət Universitetinin professoru Həmzəağa Orucovun sədrliyi ilə konfrans öz işini davam etdirdi.
Konfransın II bölməsində isə Reha Yılmaz "Boloniya prosesində tələb olunan formalar", Murat Elguvan "Məlumat kitabçası və onun hazırlanması", Abzetdin Adamov "Elm-texnologiyalarının kreditləndirmə sisteminə tətbiqi" mövzusunda çıxışlar etdilər.
Konfransda yekun söz söyləyən Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev respublikamızda fəaliyyət göstərən bir neçə ali məktəbin bu sistemə qoşulduğunu, burada dinlədiyimiz mövzuların isə hər biri bir konfransın mövzusu olduğunu vurğuladı. Bütövlükdə ali məktəblərin Boloniya sisteminin "Qafqaz" Universitetindən öyrənməsinin vacib olduğunu söylədi. Belə bir konfrans keçirdikləri üçün hər iki universitetin rəhbərliyinə və onların bu təşəbbüsünü dəstəkləyən təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi.
Ədalət DAŞDƏMİRLİ,
foto Fazil İDRİSOĞLUNUNDUR
www.az-muallimi.com