Qafqaz Universitetində “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda konfrans keçirildi
AZADİNFORM xəbər verir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub. Bu gün Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda konfrans keçirildi. AZADİNFORM xəbər verir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyevin cəmiyyətdə qadın rolunun yüksəlməsi məsələsini həmişə diqqət mərkəzində saxladığını, qadınların dövlət sturukturlarında, parlamentdə və digər ictimai-siyasi təşkilatlarda geniş təmsil olunmasına xüsuüsi diqqət yetirdiyini vurğuladı. Azərbaycanda hakimiyyəti dövründə H.Əliyevin imzaladığı Fərman və Sərəncamların dövlət qadın siyasətinin həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran H.Hüseynova ulu öndərin Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında müstəsna xidmətləri olduğunu vurğuladı. Təhsil nazirinin müavini İradə Hüseynova ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə 849 məktəbin inşa olunaraq şagirdlərin istifadəsinə verildiyini bildirdi. Ümummilli liderin Azərbaycanda hakimiyyəti illərində ölkədə ali təhsil ocaqlarının sayı 12-dən 17-ə çatdırıldığını diqqətə çatdıran İ.Hüseynova bu ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayının 100 minə yaxın olduğunu qeyd etdi. Qafqaz Universitetinin rektoru Ahmet Saniç Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan belə bir konfransın rəhbərlik etdiyi ali təhsil ocağında keçirilməsindən məmnunluq duyduğunu vurğuladı. A. Saniç Qafqaz Universitetinin Azərbaycanda fəaliyyətə başlamasının məhz Heydər Əliyevin xeyir-duası ilə başladığını konfrans iştirakçılarının nəzərinə çatdırdı. Milli Məclis sədrinin müavini Bahar Muradova isə Heydər Əliyevin Azərbaycan qadınlarının ölkə siyasətində aparıcı qüvvəyə çevrilməsçində böyük rolu olduğunu vurğuladı.