LƏNKƏRAN TÜRK LİSEYİNİN ŞAGİRDLƏRİ BEYNƏLXALQ OLİMPİADADA GÜMÜŞ MEDAL QAZANMIŞLAR
AzərTAc-ın müxbiri xəbər verir ki, Lənkəran Türk Liseyinin şagirləri İntizar Rzazadə və Qələmirzə Feyzullayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft Şirkətinin, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Bakıda keçirdiyi beynəlxalq olimpiadada ikinci yeri tutaraq gümüş medala layiq görülmüşlər. Tədbirdə 32 ölkənin məktəbliləri ətraf mühitin mühafizəsinə dair layihələri ilə iştirak edirdilər. Lənkəranlı şagirlər «Tullantı alüminiumdan hidrogen qazının və elektrik enerjisinin əldə edilməsi» layihəsini hazırlamışdılar.
http://www.azertag.com/