Təhsilə qoyulan sərmayə xalqın gələcəyi üçündür
Həmsöhbətimiz “Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərəndir.
- Ənvər bəy, artıq “Cağ” Öyrətim Şirkəti Azərbaycanla Türkiyə arasında qardaşlığın ən parlaq simvoluna çevrilib. Söhbətimizə elə bu simvolun Azərbaycanda fəaliyyəti ilə başlayaq.
- 1992-ci ildə “Çağ”a Azərbaycanda ilk xeyir-dua verən, onun fəaliyyətinə yaşıl işıq yandıran şəxs ümummili liderimiz Heydər Əliyev olub. Biz də bu illər ərzində ulu öndərin “Təhsil millətin gələcəyidir” və “Azərbaycanla Türkiyə arasında salınmış ən möhkəm körpü təhsildir” sözlərini həyat devizimizə çevirərək göstərilən etimada sədaqətlə xidmət etməyə səy etmişik və etməkdəyik. Elə bu sədaqətin nəticəsidir ki, “Cağ”a üz tutan şagirdlərin sayı ildən-ilə artır. Hazırda Azərbaycanda “Çağ”ın 10 liseyi, 10 ali məktəblərə hazırlıq kursu, 1 gimnaziyası, 1 ibtidai məktəbi və Qafqaz Universiteti fəaliyyət göstərir.
- Bu 16 ildə “Cağ” Azərbaycan təhsilinə nəzərdə tutulan şəkildə öz töhfəsini verə bilibmi?
- Çalışmışıq ki, gənclərimiz savadlı olmaqla yanaşı, həm də milli adət-ənənələrinə sahib çıxsınlar, keçmişlərini bilsinlər. Şagirdlərə bu və ya digər fənni öyrətməklə kifayətlənmirik, onları cəmiyyətə daha yararlı vətəndaş kimi formalaşdırmağa cəhd edirik. Çalışırıq ki, Azərbaycanın təhsil sisteminə yeniliklər gətirək, məzunlarımızın sorağı dünyanın mötəbər təhsil ocaqlarından gəlsin. Fərəhləndirici haldır ki, bu gün “Çağ”ın məzunlarının sorağı dünyanın 40-dan çox ölkəsinin 50-yə yaxın universitetindən gəlir. Onların hər biri həmin ölkələrdə türkiyəli soydaşları ilə birgə diasporumuzun fəaliyyətinə də öz töhfələrini verirlər. Çalışmışıq ki, Azərbaycanın adı beynəlxalq bilik yarışlarından gəlsin. Bu sahədə konkret işə gəlincə isə, bu müddətdə “Cağ” təmsil olunduğu beynəlxalq bilik yarışlarından Azərbaycana 51-i qızıl olmaqla 238 medal gətirib. Hər uğurumuz da Azərbaycanın istər siyasi, istərsə də elm xadimləri tərəfindən təqdir olunub. Məsələn, 2002-ci ildə şagirdlərimiz İndoneziyada keçirilən fizika olimpiadasından 3 qızıl, 1 gümüş medalla qayıdanda Heydər Əliyev bu qələbəni “əfsanəvi qalibiyyət” kimi dəyərləndirmişdi.
- Ənvər bəy, indi isə “Cağ” belə mötəbər bilik yarışlarını ölkəmizdə təşkil etməkdədir. Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının artıq ikincisini keçirdiniz. Nədən məhz ekologiya ilə bağlı yarışmaya üstünlük verdiniz?
- Qafqazın parlayan ulduzu Azərbaycanda artıq neçə illərdir ki, dövlət və qeyri-dövlət səviyyələrində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi intensivləşib. Bu mənada biz də təhsil sahəsində müxtəlif mövzularda tədbirlərə önəm verməklə Azərbaycan həqiqətlərini dünyanın elm, siyasət xadimlərinə çatdırmağı qarşımıza məqsəd qoyduq və əməli işə başladıq. Qafqaz Universitetində onlarla beynəlxalq tədbir keçirməyimiz bunun göstəricisidir. Daha sonra bu missiyamızı beynəlxalq səviyyəli “Fərqli mədəniyyətlərin qovşağı - Azərbaycan” və “Kabitef” adlı sərgilərlə davam etdirdik. Artıq ikinci ildir ki, Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası keçiririk. Məhz belə bir yarışmaya önəm verməyimiz də səbəbsiz deyil. Azərbaycan neft ölkəsidir. Bu mənada belə ölkələrdə neftlə bağlı bəzi fəsadların yaşanması təbiidir. Şagirdlərimizin bu sahə üzrə çalışmaları Dövlət Neft Şirkəti tərəfindən maraqla qarşılandı və bu qurum bizi dəstəklədi. Biz də yaradılmış bu imkanlardan maksimum faydalanmağa çalışırıq.
- Maksimum faydalanmaq dedikdə nəyi nəzərdə tutursunuz?
- Təşkil edilən olimpiada təhsil və ekologiya sahələrinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın tanıdılmasında da mühüm rol oynayır. Biz olimpiada iştirakçılarını Bakının tarixi yerlərinə aparmaqla, qədim Azərbaycan haqqında məlumatlar verməklə, Qarabağla bağlı həqiqətləri ortaya qoymaqla, son illərdə respublikamızın qarşılaşdığı problemlərdən, qazandığı uğurlardan danışmaqla onlara ölkə reallıqlarını çatdırmağa çalışırıq. Bu mənada burada keçirilən olimpiadalara qatılan məktəblilərin Azərbaycan barədə tam məlumat almalarına yardımçı oluruq. Bura təşrif buyuranlar bütün bunları öz gözləri ilə görəndən sonra onlarda Azərbaycana qarşı rəğbət birə min artır. Hətta onların dillərindən bu sözləri tez-tez eşitmək olur. Onu da deyim ki, bu yarışmaya 30-dan çox ölkə qoşulub. Ötən il isə onlaın sayı 17 idi. Növbəti illərdə yarışmaya qoşulacaq ölkələrin sayını artırmağı düşünürük. Unutmayaq ki, bu gün parta arxasında oturan belə bacarıqlı şagirdlər sabah öz ölkələrini beynəlxalq aləmdə təmsil edəcəklər. Bu mənada indidən onlarla əlaqə qurmaq sabahımızın daha möhkəm təməli deyilmi?
- “Cağ” ölkəmizdə daha hansı sahələr və yaxud fənlər üzrə olimpiadalar keçirmək niyyətindədir?
- Belə mötəbər yarışlar təşkil etmək uzun müddətli vaxt və araşdırmalar tələb edir. İkincisi, bəzi ölkələr artıq müxtəlif fənn (kimya, biologiya, fizika, riyaziyyat və s.) olimpiadaları üzrə ixtisaslaşıblar, belə demək mümkünsə, özününküləşdiriblər. Bu mənada bizim birdən-birə belə yarışları təşkil etməyimiz istənilən effekti verməyə bilər. Elə bu kimi səbəblərdən də hələlik gerçəkləşdirmək istədiyimiz elə bir layihəmiz yoxdur. Odur ki, biz ekologiya ilə bağlı olimpiadanı ildən-ilə cilalamaq, daha səviyyəli bir bilik yarışması ortaya qoymaq niyyətindəyik. Bir də Azərbaycan neft ölkəsi dedikdə bu diqqəti daha çox cəlb edir. Belə ki, neft dedikdə dünyanın nəzərində ekoloji problemlər canlanır. Bu mənada neftlə əlaqədar olmayan ekoloji məsələlər də gündəmə gəlir. Zənn edirəm ki, yaxın illərdə Azərbaycan ekologiya olimpiadaların vətəninə çevriləcək. Bir faktı da qeyd edim ki, bu gün Türkiyə və Azərbaycandan başqa heç bir ölkədə belə olimpiadalar keçirilmir.
- Ümumiyyətlə, beynəlxaq yarışları bir sıra nazirliklərlə gerçəkləşdirirsiniz. Hətta ötən il İNEPO-nun təşkilində 3 nazirlik iştirak edib. Artıq Azərbaycan Dövlət Neft Şirkəti bu kimi yarışlara sponsorluq edir.
- Həyata keçirdiyimiz bilik yarışlarının məqsədəyönlü şəkildə həyata keçirilməsində Təhsil Nazirliyi həmişə yardımçı olub. Həmçinin bu istiqamətdə Azərbaycanda təhsilə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan da bəhrələnirik. Təbii ki, daha səviyyəli olimpiada təşkil etmək böyük vəsait də tələb edir. Bu mənada Dövlət Neft Şirkətinin “Çağ”a yardımı danılmazdır. Onu da deyim ki, TİKA kimi qurumlar da bizdən öz köməyini əsirgəməyiblər. Çalışmalarımız bəzi nazirliklərin həyata keçirdikləri layihələrlə üst-üstə düşdüyündən onların da təcrübələrindən bəhrələnirik. Onu da deyim ki, bütün bu işlərimiz qarşılıqlı əməkdaşlıq nəticəsində ərsəyə gəlir. Bu mənada, “bu layihələrin memarı bizik” kimi iddiamız yoxdur.
- Ənvər bəy, bir məsələyə də aydınlıq gətirməyinizi xahiş edirik. Əvvəlki illərə nisbətən bu təhsil ocağında təhsil haqqında artım müşahidə olunur. Bu isə savadlı, lakin imkansız uşaqların bu təhsil ocağına üz tutmalarına mane olur. Bu barədə nə deyə bilərsiniz?
- Hazırda dünyanın hər yerində qiymətlərin artımı müşayiət olunmaqdadır. Təbii ki, bu artım özəl müəssisələrə də təsirsiz ötüşmür. Bu mənada bizdə də təhsil haqqının artımı təbii qarşılanmalıdır. Onu da deyim ki, artıq neçə ildir ki, bölgələrdə fəaliyyət göstərən liseylərimiz özlərini dolandıra bilmirlər. Buna görə də bəzi məsrəfləri sponsorlar axtarmaqla aradan qaldırmağa calışırıq. O ki qaldı imkansız ailələrin övladlarına, təhsil ocaqlarımızda qəbul zamanı ilk 15 yeri tutmuş şagirdlərə müxtəlif güzəştlər tətbiq olunur. Belə güzəştlər Qafqaz Universitetinə də xasdır. Belə ki, bu gün burada 600 baldan çox yüksək nəticə göstərmiş tələbə pulsuz təhsil alır, üstəlik, onlara təqaüd də veririk.
- Ənvər bəy, yaxın illərdə ölkəmizin hansı bölgələrində “Cağ”ın yeni liseyləri fəaliyətə başlaya bilər?
- Gələn il Mingəçevirdə “Araz” hazırlıq kursu üçün bina inşa etdirmək niyyətindəyik. Qubadakı məktəbimiz üçün isə əlavə korpus inşa olunacaq. Bildiyiniz kimi, Qafqaz Universitetində tələbə şəhərciyi salınır. Bu gün Bakı Özəl Türk Liseyinin yeni binasının tikintisi davam etdirilir. “Ağıllı məktəb” adlanacaq bu təhsil ocağının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub. Bu məktəb bir sıra üstünlükləri ilə, o cümlədən sosial proqramlara daha geniş imkan açmaqla digərlərindən fərqlənəcək. Hər hansı bölgədə isə yeni təhsil ocağı açmaqla bağlı hələlik konkret layihəmiz yoxdur.
- Qız liseyi açmaq fikriniz varmı?
- Bizim iki təhsil ocağımız var ki, orada qızlar oğlanlarla birgə təhsil alırlar. Hələlik, fəaliyyət göstərdiyimiz binalarda ayrıca qız gimnaziyası açmaq imkansızdır. Çünki məktəblərimizin hamısı internat tiplidir. Bir də məhdud imkanlarla qeyri-məhdud iş görmək olmaz. Ola bilsin ki, nə vaxtsa Tağıyev kimi bir xeyriyyəçi üzə çıxacaq və biz də belə bir məktəbin gerçəkləşməsinə vasitəçi olacağıq. Bu yerdə Heydər Əliyev Fondunun Pakistanda açdığı qız məktəbini xatırlamaq yerinə düşərdi. Heç bilirsiniz, o məktəbdən nə qədər azərbaycansevər çıxacaq? Ümumiyyətlə, təhsilə qoyulan sərmayə xalqın gələcəyi üçündür.
Qvami Məhəbbətoğlu
www.zaman.az