Qafqaz Universiteti kimsəsiz insanlara və maddi imkanı zəif əlaçı tələbələrə yardım edib
Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən H.Z.Tağıyev adına Yardım Dərnəyinin təşəbbüsü ilə xeyriyyə konserti keçirilib. Tədbirə millət vəkili Məlahət Həsənova, YAP Nərimanov rayon Gənclər Təşkilatının sədri Gülnarə İsmayılova, Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən də qatılıb. Bu barədə məlumatı AZADİNFORM-a Qafqaz Universiteti mətbuat xidmətindən veriblər. Konsertdə sənətçilərdən əməkdar artist Azərin, Fərda, Güllü Muradova, Şəhla, Samirə və digərlərinin iştirakı ilə baş tutan konsertdən əldə olunan gəlirin uşaq və qocalar evlərinə, aztəminatlı ailələrə, kimsəsiz insanlara və maddi imkanı zəif əlaçı tələbələrə sərf olunması bildirilib. Qeyd edək ki, H.Z.Tağıyev adına Yardım Dərnəyi bundan əvvəl Saray, Buzovna, Mərdəkan, Şüvalan uşaq evlərinə və Əmircan əlillər evinə müxtəlif formada yardım edib. Dərnək həmçinin Qafqaz Universitetinin Akademik və İdarə heyətinin topladığı yardımı Pakistanda zəlzələdən zərər çəkmiş insanlara göndərib.
www.azadinform.az
www.azadinform.az