Qafqaz Universitetində aylıq seminar:"Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycan iqtisadi inkişaf imperativləri”
“Manatın möhkəmlənməsi qaçılmaz prosesdir”
Qafqaz Universitetində aylıq seminarlar çərçivəsində növbəti konfrans keçirilib.
Tədbirdə Milli Bankın pul siyasəti departamentinin direktoru dr. Xəqani Abdullayev “Modernizasiya və dayanıqlı inkişaf fəlsəfəsi: XXI əsrdə Azərbaycan iqtisadi inkişaf imperativləri” mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışı zamanı ölkəmizin iqtisadi inkişaf strategiyasını, bununla bağlı respublikamızda gedən prosesləri və gələcək iqtisadi doktrinanı dəyərləndirib. Milli Bankın rəsmisi qarşıda duran başlıca vəzifələri açıqlayıb: “Hazırda üç əsas sual və bu suallardan doğan vəzifələr gündəmdə durur. Birincisi, neft gəlirlərinin düzgün bölüşdürülməsi, ikincisi, neft gəlirlərinin artması şəraitində manatın məzənnəsinin məhdudlaşdırılması yollarının tapılması və nəhayət, üçüncüsü isə, neft pullarının “yağışından” sonra dövlət xərclərinin sabitliyinin qorunmasıdır. Bu üç sual hazırda ölkənin bütün iqtisadi qurumlarını düşündürür. Bu sualları cavablandıracaq və bizim istifadə etdiyimiz konsepsiya “Neft gəlirlərinin idarə olunması konsepsiyası”dır. Buna görə də neft sərvətindən istifadənin maksimal limiti müəyyən olunmalıdır. Qaydanın başlıca məqsədi neft sərvətlərinin tükənməsinin qarşısının alınması və gəlirlərin gələcək nəsillər üçün qorunmasını təmin etməkdir”. X. Abdullayev ölkədə manatın möhkəmlənməsi məsələsinə də münasibət bildirib: “Manatın möhkəmlənməsi hazırda qaçılmaz prosesdir. Müxtəlif dəyərləndirmələrə görə, 2008-2024-cü illər ərzində ölkəyə ən azı 200 milyard dollar neft gəliri daxil olacaq. Təbii ki, bütün bu gəlirlər Neft Fondunda cəmləşmir və bunun bir qismi büdcə məqsədləri üçün istifadə olunur. Bu səbəbdən də maliyyə bazarında təklif və tələb arasında müəyyən disbalans yaranır. Milli Bank sözügedən disbalansı aradan qaldırmaq üçün daim bazarı nəzarətdə saxlayır və lazımi məqamlarda bazara müdaxilə edir. Məsələn, ötən il bazardakı 2 milyard dollar sterilizə edilib ki, bu da manatın yalnız üç faiz möhkəmlənməsi ilə nəticələnib. Əgər bu valyuta kütləsi bazardan çıxarılmasaydı, manat daha böyük faizlə möhkəmlənərdi. Bu isə ölkə iqtisadiyyatında fəsadlara səbəb olardı”.